21 C
BAKI
02 Avqust 2021
Guninfo.az
Image default
KRİMİNAL

SON DƏQİQƏ! DİN-dən XÜSUSİ ƏMƏLİYYAT: Məşhur meyxanaçı həbs olundu – ANBAAN VİDEO



Baş Narkotiklərlə Mübarizə İdarəsinin Masallı Rayon Polis Şöbəsi ilə birgə keçirdikləri tədbirlər nəticəsində “TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqili video yayan Masallı rayon sakini Şahin Nuri müəyyən edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Cənub regional qrupundan Ölkə.Az-a verilən məlumata görə, onunla profilaktik söhbətlər aparılıb, paylaşdığı videonun zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə ona məlumatlar verilib. Həmin şəxsin “TikTok” sosial şəbəkəsində paylaşdığı bu tipli videonun silinməsi təmin edilib.

Qeyd edək ki, Ş.Nuri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Həmin şəxs məhkəmənin qərarı ilə 9 gün inzibati qaydada həbs edilib.

Bənzər yazılar

“Örüş yerimiz rayon rəhbərliyi tərəfindən satılıb”” – İDDİA”

admin

Xocalı canisi Şuşada yaxalandı – Azərbaycanın axtarışa verdiyi Conik Tevosyanı əsgərlərimiz QANDALLADI – FOTOLAR

admin

Azərbaycanlı mer ermənilər tərəfindən AMANSIZCA ÖLDÜRÜLDÜ – QATİLLƏR BELƏ ARADAN ÇIXDI

admin

Azərbaycanda gecə saatlarında dəhşət: Ölən və yaralılar var

admin

Vüqar Səfərlinin evlərinə, bağlarına, avtomobillərinə həbs qoyuldu

admin

SON DƏQİQƏ! DİN-dən xüsusi ƏMƏLİYYAT: “Emoş” ləqəbli kriminal avtoritet həbs olundu – RƏSMİ

admin