31 C
BAKI
21 İyun 2021
Guninfo.az
Image default
KRİMİNAL

SON DƏQİQƏ! Dövlət büdcəsini mənimsəyən bu vəzifəli şəxslər HƏBS EDİLDİ – ADLAR (RƏSMİ)

1 nömrəli uşaq Somatik sanatoriyasının vəzifəli şəxslərinin əmək haqqı kartları ilə bağlı maxinasiyaları ifşa edilib.

GUNinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, adı çəkilən sanatoriyasının baş həkimi Dilay İslamova və həmin müəssisənin baş mühasibi Burhan Cəfərovun qanunsuz əməlləri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq hazırda istintaqı aparılır.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə Dilay İslamova və Burhan Cəfərovun sanatoriyada işçi kimi rəsmiləşdirilən, lakin faktiki olaraq işə gəlməyən ayrı-ayrı tibb işçilərinin əmək haqqı kartlarını özlərində saxlamaqla həmin kart hesablarında olan ümumilikdə 32 min 700 manat məbləğində pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı qeyd edilən vəzifəli şəxslər tərəfindən vurulmuş maddi ziyanın tam həcmdə dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.KAİM.az

Bənzər yazılar

SON DƏQİQƏ!Üç vəzifəli şəxs HƏBS EDİLDİ – Baş prokurorluq TƏCİLİ MƏLUMAT YAYDI

admin

ÖLKƏ ŞOKDA: Az öncə 3 nazir həbs edildi – SON DƏQİQƏ

admin

Şamaxıda müəllim şagirdini zorladığı an kameraya düşdü. +18 VİDEO (DƏHŞƏT)

admin

İcra hakimiyyətində XÜSUSİ ƏMƏLİYYAT:Həbs dalğası başçını “VURDU” – 575 “ölü can”ın İZİLƏ (FOTO)

admin

Polislə vətəndaşlar arasında ATIŞMA: ÖLƏNLƏR VƏ YARALI VAR

admin

Polis “Məşədibad hamamı” adlı SPA mərkəzində əməliyyat keçirdi – Çox sayda kişilər qadınlarla tutuldu

admin