21 C
BAKI
02 Avqust 2021
Guninfo.az
Image default
KRİMİNAL

SON DƏQİQƏ! DTX Şuşada təcili əməliyyat keçirdi – FOTO


Daşaltıda yeddi tondan artıq çətən kolu məhv edilib.

GUNinfo.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Daşaltı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,6 tondan artıq olan 2437 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Qubadlı Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliquluuşağı kəndi ərazisində yabanı halda bitmiş 2,9 tondan artıq çəkidə 5630 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax stansiyası Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonun Uzuntala kənd ərazisində dəmir yolunun kənarında yabanı halda bitmiş çəkisi 3,2 ton olan 3780 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bənzər yazılar

Maştağada 26 yaşlı gənc naməlum şəxs tərəfindən bıçaqlanıb

admin

Azərbaycanda qaz borusu partladı – yaralılar var

admin

“AZƏRSU”DA KÜTLƏVİ HƏBSLƏR BAŞLADI:Qorxmaz Hüseynovun qardaşı da saxlanıldı – TƏCİLİ XƏBƏR

admin

ÖLKƏ ŞOKDA: Az öncə 3 nazir həbs edildi – SON DƏQİQƏ

admin

SON DƏQİQƏ!Erməni prokurordan AÇIQLAMA: Koçaryan həbs edilir

admin

Sabirabadda içməli su ÇİRKAB içindədir – VİDEO

admin