21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
KRİMİNAL

SON DƏQİQƏ! KƏND MÜHASİRƏYƏ ALINDI: Azərbaycanda atışma, ölənlər var



Ötən gün axşam saatlarında Lənkəran rayonu Havaza kəndində 1982-ci il təvəllüdlü Şiriyev Seymur Səyyaf oğlunun yaxın qohumu olan 2 nəfəri güllələyərək öldürməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

GUNİnfo.az bildirir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, S.Şiriyevin ailəsi ilə onun öldürdüyü qohumların ailələri arasında xeyli vaxtdır problemlər varmış. Belə ki, torpaq sahəsi üstündə yaranmış narazılığıa görə Seymurun ailəsi ilə əmisi oğlu, 1987-ci il təvəllüdlü Fərəcov Elmar Sərdar oğlunun ailələri münaqişəli vəziyyətdə olub.

Hadisəyə gəlincə Seymur əvvəlcə bibisi nəvəsi, 1992-ci il təvəllüdlü Mirzəyev Alim Müqabil oğlunu izləyib. Qətlə əvvəlcədən hazırlaşan Seymur Alimin odun gətirmək üçün meşəyə getdiyini görüb və silahla onu izləməyə başlayıb. O, meşədə Alimə yaxınlaşaraq atəş açıb. İkinci aldığı xəsarətlərdən hadisə yerində ölüb. Seymur Şiriyev daha sonra əmisi oğlu Elmarın ardınca yollanıb və onun qoruq deyilən əraziyə mal-qaranı apardığı yerə yollanıb. Burada Elmarı yaxalayan Seymur onu da güllələyərək öldürüb. Daha sonra S.Şiriyev naməlum istiqamətə gedərək gizlənib. Onun başqa şəxs və ya şəxsləri hədəf ala bilmə ehtimalı olduğundan kənd polis əməkdaşları tərəfindən tam mühafizəyə götürülüb. Həmçinin ətraf yol və yaşahyış məntəqələrində polis nəzarəti gücləndirilib.

Hadisənin törədildiyi Havaza kəndinin sakinlərinin bildirdiyinə görə, qətli törədən şəxs 2 il əvvəl həyat yoldaşından boşanıb. Həyat yoldaşı Lənkəran şəhərinə -ata evinə qayıdandan sonra Seymurun ailəsi ilə qohumlarının münasibəti daha da pisləşib. Onlar ailənin dağılmasında bəzi şəxslərin rolunun olduğunu düşünüblər, həmçinin bir sıra digər qısqanclıq epizodları müzakirə edilib. İlkin ehtimal kimi 2 gəncin öldürülməsi qısqanclıq və qisas zəminində baş verib.

Hazırda axtarış tədbirləri davam etdirilir.

Bənzər yazılar

SON DƏQİQƏ! DTX Şuşada təcili əməliyyat keçirdi – FOTO

admin

SON DƏQİQƏ!DİN-dən xüsusi əməliyyat:Məşhur meyxanaçı Rəşad Dağlı və 82 şəxs saxlanıldı – ANBAAN VİDEO

admin

Futbol hakiminin və sevgilisinin qatili: “Onlar çox xoşbəxt olduğu üçün qəzəbləndim” – FOTO

admin

QORXUNC HADISƏ: 4 NƏFƏR ÖLDÜ

admin

SSRİ-nin bərpası planı işə düşdü – Minskdə baş verənlərin pərdəarxası – ŞOK AÇIQLAMA

admin

“Lido”da restoranında ŞOK ƏMƏLİYYAT:Polis 60 nəfəri HƏBS ETDİ – TƏCİLİ

admin