17 C
BAKI
27 Sentyabr 2021
Guninfo.az
Image default
KRİMİNAL

TƏCİLİ! “Relax” istirahət mərkəzində çayçı silahla ÖLDÜRÜLDÜ – Deputatın ətrafında NƏ BAŞ VERİR?(YENİLƏNDİ)



Lerikdə istirahət mərkəzində ölüm hadisəsi baş verib.

Lerik rayon prokurorluğundan Axeber.az-a verilən məlumata görə, hadisə bu gün saat 18 radələrində Lerik rayonu ərazisində ‘Relax’ istirahət mərkəzində baş verib. Mərkəzdə çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olub. Lerik rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub. Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, “Relax” istirahət mərkəzi Lerikin deputatı İqbal Məmmədovundur.

Xatırladaq ki, “Relax” istirahət mərkəzi 2019-cu ildə ciddi qalmaqalla gündəmə gəlmişdi. Belə ki, 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarını hücum çəkərək onları döymüşdü.

 

 

 

 

 

 

 

 

 

Xəbər verdiyimiz kimi, Lerikdə yerləşən “Relax” istirahət mərkəzində çayçı işləyən Lənkəran rayonunun Təngivan kənd sakini 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti tapılıb. Onun meyiti təxminən istirahət mərkəzindən 20 metr aralıdakı çayda aşkar edilib.

GUNinfo.az APA TV-yə istinadən xəbər verir ki, mərhumun atası Hüseyn Sücayev oğlunun silahla öldürüldüyünü iddia edib: “Onun ayaq izlərini gördüm. Ordan sürüşüb birbaşa daş üstə düşmək mümkün deyil. Ona zərbə vurulub və sonra sürüşüb. Sonra düşüblər aşağı. Onu tək heç kim öldürə bilməz. Oğlum idmançı uşaq idi, onu ancaq silahla öldürmək olar”.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Gənc qız sevgilisini yataqda doğradı – Lənkaranda QANLI CİNAYƏT

admin

Cinayətkar həbs edildi

admin

Azərbaycanda polis mütəşəkkil dəstəni HƏBS ETDİ – Məhkəmə isə azadlığa buraxdı

Fikrət Fərhadoğlu

SSRİ-nin bərpası planı işə düşdü – Minskdə baş verənlərin pərdəarxası – ŞOK AÇIQLAMA

admin

Azərbaycanda dəhşətli qətl – Qadın həmkəndlisini güllələdi

admin

Xocalı canisi Şuşada yaxalandı – Azərbaycanın axtarışa verdiyi Conik Tevosyanı əsgərlərimiz QANDALLADI – FOTOLAR

admin