18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
BANNER KRİMİNAL

“Whatsapp”la saxta COVID-19 pasportu satanlar yaxalandı – DİN-dən AÇIQLAMA

Daxil olmuş məlumat və aparılan yoxlamalar nəticəsində pul müqabilində bəzi vətəndaşların saxta COVİD-19 pasportu ilə təmin edilmələri məlum olub.

Bu barədə GUNinfo.az -a Daxili İşlər nazirliyindən məlumat verilib

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayon sakini Sadiq Şərbətovun vətəndaşlara vaksin vurulmadan saxta COVID-19 pasportu təşkil etməsi barədə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun 3 nəfərə saxta COVID-19 pasportu satışını təşkil etməsi müəyyən edilib.

S.Şərbətov həmin 3 nəfərin birinci doza peyvənd vurulmasının qeyd olunmasından ötrü şəxsiyyət vəsiqələrini və hər biri üçün 100 manat pulu Lerik rayon sakini Mahir Əliyevə göndərib. M.Əliyev də öz növbəsində həmin sənədləri və pulu Lerik Rayon Mərkəzi Xəstəxanasının Daster kənd həkim məntəqəsinin feldşeri Anar Məstəliyevə göndərərək COVİD-19 pasportlarının hazırlanmasını təşkil edib.

M.Əliyevin mobil telefonuna baxış keçirilən zaman respublikanın müxtəlif şəhər və rayon sakinlərinin şəxsiyyət vəsiqələrinin şəkillərini “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə qəbul etməsi və onlar üçün hazırlanmış saxta COVID-19 pasportlarının fotoşəkillərinin geri göndərilməsi müəyyən edilib.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Bənzər yazılar

SON DƏQİQƏ!Qarabağda BU TARİXDƏ DƏHŞƏTLİ MÜHARİBƏ BAŞLAYAYIR – ŞOK MƏLUMAT GƏLDİ

admin

Prezidentlərin reytinqli açıqlandı: Əliyevlə Ərdoğan zirvədə,Paşinyan və Makron… – VİDEO

admin

Ermənistanın silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmasına başlanıldı -VİDEO

admin

İqbal Əliyevin Şəmkirdə meşə ”TERRORU”…- Muxtar Babayevin nəzərinə

admin

Azərbaycan Ordusu Şuşada yerləşən erməni hərbi bazalarını darmadağın etdi – Erməni mediası

admin

Bakıda oğurluq edən 3 qardaş həbs edildi

admin