21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
MANŞET

Ərdoğandan ABŞ-a qarşı SENSASİON PLAN: Rusiyadan S-400 sistemləri bu səbəbdən daşınır – AÇIQLAMA



Rusiyadan ikinci dəfə S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı razılaşmanın son mərhələdə olması xəbəri məsələni yenidən gündəmə gətirib.

GUNinfo.az  xəbər verir ki, Ankara Rus Araşdırmaları İnstitutunun rəhbəri, Ankara Yıldırım Beyazıt Universitetinin professoru Salih Yılmaz Türkiyə kimi böyük bir ölkənin sərhədlərini qoruması üçün ikinci mərhələnin belə kifayət etməyəcəyini söyləyib.

Türkiyənin ikinci mərhələ S-400 alqı-satqısını və ABŞ-ın buna qarşı çıxma səbəblərini dəyərləndirən S.Yılmaz bildirib ki, Vaşinqtonun davamlı təzyiq və sanksiya təhdidlərinə baxmayaraq, növbəti S-400 sistemlərinin satın alınması Türkiyənin özünün müdafiə siyasətində müstəqilliyini nümayiş etdirmək baxımından önəmlidir:

“Türkiyənin hava hücumundan müdafiə sistemlərini əldə etməsinin məqsədi bölgədəki hər hansısa bir aktora qarşı savaşa hazırlaşmaq deyil. Ölkənin şərq və cənub-şərq bölgələrinin hava təhdidlərindən qorunması lazımdır. Türkiyənin artan regional və qlobal önəminə görə ölkənin özünün raket və hava hücumundan müdafiə sistemini istehsal etməsi lazımdır ki, bu da ölkənin NATO-nun raketdən müdafiə sistemindən asılılığını və ondan irəli gələn potensial təhlükəni ortadan qaldıracaq”.

Türkiyənin S-400 sistemlərini davamlı olaraq istifadə etməyəcəyini, ancaq təhlükəsizliyinə açıq təhdidlər ortaya çıxdıqda onu aktivləşdirəcəyini xatırladan Salih Yılmaz ABŞ-ın qarşı çıxmasının arxasında fərqli səbəblərin ola biləcəyinə işarə edərək belə qeyd edib:

“Əgər həqiqətən gizlətdikləri bir şey varsa, Türkiyə S-400-lərdən bəzi detalları öyrənərək F-35 layihəsini tamamilə sıradan çıxara bilər. Başqa bir səbəb Türkiyənin S-400-ləri alanda İraq və Suriyada “Uçuş qadağan bölgəsi” elan etməklə hökmranlığını açıq şəkildə göstərə bilməsidir. Məlum olduğu kimi, Rusiya və ABŞ Suriyanın hava sahəsini öz aralarında bölüşməklə bir-birlərinə uçuşa qadağa zonası elan etdilər. Türkiyə ilə Rusiya arasında S-400 qabaqcıl texnologiya sahəsində əməkdaşlıq nəticədə digər silah texnologiyaları sahəsində əməkdaşlığa yol açacaq ki, bu da ABŞ silah bazarı üçün təhlükədir”.

O əlavə edib ki, S-400-ün ikinci mərhələsinin alınması Rusiya-Türkiyə birgə hərbi sənaye istehsalının başlanğıcı ola bilər. / Publika

Bənzər yazılar

SON DƏQİQƏ! Deputat hakim partiyadan İSTEFA VERDİ – SƏBƏB?

admin

Azərbaycanla Ermənistan 10 noyabr sənədindən başqa da SAZİŞ İMZALAYIB VƏ 5 İL SONRA… – Sensasion DETALLAR

admin

Zəngəzurda daha 2 kənd nəzarətə götürüldü – Ruslar Azərbaycan ordusu ilə bu ərazilərdə də razılğa gəldi

admin

SON DURUM: Bu ərazilər və yüksəkliklər də AZAD EDİLDİ – ordumuz sürətlə Cəbrayıla irəliləyir(RƏSMİ)

admin

TƏCİLİ XƏBƏR!Azərbaycanda islahatların növbəti dalğası: Parlament buraxılır, referendum olacaq?

admin

Türkiyənin “A Haber” kanalı: Azərbaycan ordusu səhər saatlarında bu rayonu da AZAD ETDİ – ŞAD XƏBƏR VAR / VİDEO

admin