17 C
BAKI
27 Sentyabr 2021
Guninfo.az
Image default
MANŞET

Ərdoğanla Əliyevin Şuşada, Xankəndi ilə bağlı mesajının SİRRİ: Göyçədə, Zəngəzurda…-General AÇIQLADI



“Beynəlxalq münasibətlərdə siyasi liderlər arasında deyilən hər söz bir mesajdır”.

GUNinfo.az xəbər verir ki, bu fikirləri müsahibsində Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşesi, general Yücel Karauz deyib. General bildirdi ki, artıq həmin mesaj ünvanına da çatmışdır.

“Bu məsələ ilə bağlı bir qədər geriyə gedib 44 günlük vətən müharibəsini taclandıran Zəfər paradında Türkiyə prezindenti cənab Rəcəp Təyyib Ərdoğanın möhtəşəm açıqlamasından sitat gətirmək istəyirəm. Ərdoğan dedi ki, biz Qarabağdakı ermənilər ilə, Azərbaycan vətəndaşı olmaq şərti ilə, eyni zamanda sülhə və sabitliyə tərəqqi göstərmək naminə birgə yaşayış arzusundayıq. Biz heç bir dövlətin vətəndaşına qarşı təcavükar niyyətimiz məqsədimiz yoxdur. Amma əgər 10 noyabr Bəyannaməsinin şərtlərinə əməl etməzlərsə, birgə yaşayış yerinə ayrı yaşamaq istəkləri olarsa, o zaman Göyçədə bizimdir, Zəngəzurda bizimdir, Xankəndi də. Yəni Ərdoğanın bu fikirləri də mesaj xarakteri daşıyırdı və artıq Ermənistan da qəbul edib ki, Qarabağa Azərbaycandır”.

Qarabağ səfəri zamanı heç bir detalın təsadüf olmadığını bildirən Yücel Karauz qeyd etdi ki, Ərdoğana edilən hədiyyələr də xüsusi simvolik məna ifadə edirdi.

Başkan Erdoğan, Şuşa'da tarihi yerleri gezdi

“Şuşaya səfəri zamanı cənab Ərdoğana iki hədiyyə verildi. Birincisi Xarı bülbül idi. Bu bildiyiniz kimi sülhün tərənnümçüsü kimi ifadə edilir. İkinci hədiyyə də at idi. At türk mədəniyyətində dövlətçiliyin və muradın simvoludur. Xüsusilə Qarabağ atı həddiyyə edilməsi də çox önəmli bir nüans idi.

Qeyd edim ki, iki prezidentin arxa fonda dağların qoynunda, Xankəndinin görüntüsü qarşısında çəkdirdikləri foto da, mesaj anlamı daşıyırdı. Xankəndi Azərbaycan torpağıdır, Xocalı da eynən. Əgər sülhə və bağlanmış iki tərəfli müqaviləyə əməl edilərsə, ermənilər də azərbaycanlılar ilə birlikdə həmin torpaqlarda yaşaya biləcəklər. İki dövlət rəhbərinin Xankəndi ilə bağlı söhbəti, mesaj olmaqla bərabər artıq ünvanına da çatmışdır”.Metbuat.az

Bənzər yazılar

İmişlidə Qazilər Bakıya yürüşə başladı: Əraziyə polis qüvvələri cəlb edildi – ETİRAZ AKSİYASI(VİDEO)

admin

SON DƏQİQƏ: Azərbaycan Ordusu Şuşanı tam nəzarətə götürüb – “təmiz”lik işləri aparılır(“İzvestiya”)

admin

Ermənistan Kəlbəcər, Gədəbəy və Şuşa istiqamətində atəşkəsi pozdu – Müdafiə Nazirliyi təcili məlumat yaydı

admin

SON DƏQİQƏ:İlham Əliyevdən “Tvitter”də növbəti paylaşım -YENİ TVİT

admin

SON DƏQİQƏ!Azərbaycanda ŞOK HƏBS: Bu generalların saxlanılması ilə bağlı açıqlama yayıldı – ADLAR

admin

SON DƏQİQƏ! Bu şəxslərə PULSUZ EVLƏR VERİLƏCƏK – İlham Əliyevdən daha bir mühüm SƏRƏNCAM

admin