17 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
MANŞET

TƏCİLİ!AXCP-də parçalanma və inanılmaz İSTEFALAR: Kərimliyə ən yaxın xanımdan ŞOK AÇIQLAMALAR



AXCP sədri Əli Kərimliyə yaxınlığı ilə seçilən və partiyanın ən aktiv fəallarından hesab edilən Fatimə Hüseynova partiyadan istefa verib. Maraqlıdır ki, AXCP-də bu məlumatın gizli saxlanması və ictimaiyyətə açıqlanmaması qərarlaşdırılsa da, bunu təmin etmək mümkün olmayıb.

GUNinfo.az xəbər verir ki, son zamanlar AXCP-nin daxilində ciddi narazılıq baş qaldırdığı, adları gizli saxlanılan daha bir neçə nəfərin istefa verdiyi barədə məlumatlar var. Buna səbəb kimi, partiya daxilində mövcud mühitdən narazılığın olması, partiyanın faktiki olaraq cəmiyyət arasında nüfuzdan düşməsi, funksionerlərin və sıravi üzvlərin Əli Kərimlinin bir sıra qərarları ilə razılaşmaması kimi məsələlər göstərilir.

Partiya sədrinə qarşı irəli sürülən ittihamların əsas mahiyyəti ondan ibarətdir ki, Türkiyənin qardaş ölkə olması və Vətən müharibəsində Azərbaycana böyük dəstək verməsi fonunda cəbhəçilərin bu səpkili təbliğatı faktiki olaraq ermənilərin, yunanların, kürd separatçılarının və Türkiyəyə qarşı ardıcıl mübarizə aparan Qərb dairələrinin sevincli iddiaları ilə üst-üstə düşür. Bu isə Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə mənfi qarşılanır və partiyanın nüfuzuna böyük zərbə vurur.

Bir neçə gün bundan əvvəl F.Hüseynova anasının xəstəliyi ilə əlaqədar yardım istəməsi barədə sosial şəbəkələrdə məlumat getmişdi. Onun bu məsələ ilə bağlı AXCP sədri Əli Kərimliyə də müraciət etdiyi, lakin heç bir köməklik göstərilmədiyi bildirilir. Hazırda F.Hüseynovanın istefasının bu məsələ ilə əlaqələndirilməsinə cəhdlər olunsa da, məsələ daha qəlizdir və AXCP sədrinin Türkiyənin əleyhinə verdiyi “ustanovka”nın da bunda az rolu olmayıb.

Proseslərin gedişi AXCP-də narazılığın daha da artacağını və yeni istefalar olacağını deməyə əsas verir. Bu isə onu göstərir ki, Əli Kərimlinin idarəçiliyi dövründə dəfələrlə parçalanan AXCP növbəti parçalanma dövrünü yaşayır və bundan sonra partiyanın aqibəti kifayət qədər qaranlıq görünür. “milli.az”

Bənzər yazılar

Prezident İlham Rəhimovla bağlı sərəncam imzaladı – SON DƏQİQƏ

admin

NATO müharibəyə qərar verdi: Müdafiə nazirləri razılığa gəldi!

admin

Yaşasın Türk Cümhuriyyəti, var olsun Türk Milləti! – Bayramın mübarək Türkiyəm!!!

admin

SON DƏQİQƏ! Xankəndidən XƏBƏR VAR: erməni qadın bəyan etdi “Xoş gəldiniz”

admin

TƏCİLİ! Sabiq məmurların aldığı pensiya və təqaüd məbləği BƏLLİ OLDU – SİYAHI

admin

Vilayət Eyvazov bu Polis idarəsinin 30-dan çox rütbəli şəxslərini işdən çıxardı – SON DƏQİQƏ

admin