18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
MANŞET

Azərbaycan İsraildən “F-35” döyüş təyyarələri gətirdi? – Müdafiə nazirliyi MƏLUMAT YAYDI

Xarici mətbuatda Azərbaycan-İsrail münasibətləri bağlı növbəti iddia səsləndirilib.
GUNinfo.az xəbər verir ki, İngiltərədə fəaliyyət göstərən ərəbdilli “Elaph” qəzeti tərəfindən Azərbaycanda İsrailə məxsus “F-35” qırıclarının olması haqqında informasiya dərc olunub.
Belə ki, mənbədə “İsrailin iki “F-35” təyyarəsinin hər zaman Azərbaycanda olduğunu və İsrailin lazım gəldikdə oraya başqa döyüşçülərini gətirə bilər”, – deyə qeyd edilib.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov sözügedən məlumatın doğru olmadığını bildirib:
“Müdafiə Nazirliyi tərəfindən hələlik bu barədə rəsmi açıqlama nəzərdə tutulmayıb. Bu formada müxtəlif məlumatlar yayılır, lakin bunlar təxribat xarakterlidir”.
Qeyd edək ki, sözügedən mənbədə dərc olunan məlumatda rəsmi Tel-Əvivin İrandan Azərbaycana qarşı təhdid yaranacağı təqdirdə “F-35”lərin texniki və havadan dəstəyi həyata keçirə biləcəyi də qeyd olunub.
(bizim.media)

Bənzər yazılar

SON DƏQİQƏ! Aralıq dənizində vəziyyət gərginləşdi – 5 ölkə Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ

admin

İraq mediası PKK terrorçularının Qarabağa göndərilməsini təsdiqlədi – FOTOLAR

admin

SON DƏQİQƏ: Sumqayıtda vəzifəli şəxs istefa verdi

admin

SON DƏQİQƏ! Prezident təcili Azərbaycan vətəndaşlarına müraciət etdi

admin

Ölənlərin sayı yarım MİLYONU ÖTDÜ – Dünya ÇALXALANIR

admin

Tovuzda 16 iyul DƏHŞƏTİ: Kəndlərə artilleriya zərbələri endirildi – “Arzu Nağıyev və Qənirə Paşayeva da burdadır…”- AÇIQLAMA

admin