16 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
MANŞET

DTX-dan NÖVBƏTİ XÜSUSİ ƏMƏLİYYAT: Bu yüksək vəzifəli şəxslər HƏBS EDİLDİ – ADLAR



Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi DTX tərəfindən həbs edilib.

GUNinfo.az xəbər verir ki, Vətən müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlət tərəfindən müəyyən edilmiş maddi təminatların ödənilməsinə görə bəzi vəzifəli şəxslərin rüşvət almalarına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilib.

 

Xidmətdən bildirilib ki, faktla bağlı başlanılmış cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanmışlar. Vüsal Eyvazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Bənzər yazılar

Şirvan İcra başçısı müavini Məharət Mustafayevin oğlundan gənc ailəyə qarşı iyrənc hərəkət – Prezidentə müraciət(VİDEOMÜSAHİBƏ)

admin

“İran bir güllə atsa bir həftəyə AZƏRBAYCAN OLAR!” – erməniprəst Tehranın TƏHDİDİNƏ SƏRT CAVAB (VİDEO)

Fikrət Fərhadoğlu

TƏCİLİ! Nəməlum şəxs əlində qumbara hökümət binasına GİRDİ: DİN hərəkətə keçdi – ANBAAN VİDEO

admin

“ÖMÜR” Klinikasına 20 minlik ittiham:Məmmədzadə HƏBS EDİLƏ BİLƏR – DTX və Baş prokurorluğa MÜRACİƏT(VİDEOFAKT)

Fikrət Fərhadoğlu

Əcnəbinin arvadını qaçıran, qızın görov götürüb məhkəməyə düşən deputat Ramil Həsənovun vəkillə SÖYÜŞ DUELİ- VİDEO

admin

İcra başçısı ehtiyac içində olan ailəyə qəzəbləndi: “Niyə bu qədər uşaq doğursan?”

admin