18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
MANŞET

Heydər Əliyev ermənipərəstlərin bütün məkrli oyunlarını başlarına yıxdı – BÖYÜK QAYDIŞ

Azərbaycanın dövlətçilik tarixində 15 iyun – Milli Qurtuluş Gününün xüsusi yeri və əhəmiyyəti var. Mübaligəsiz demək olar ki, həmin gün məmləkətimizin dövlət müstəqilliyinin xilasının və 1991-ci il oktyabrın 18-də xalqımızın bərqərar etdiyi ən əsas dəyərimizin dönməzliyinin əsası qoyulub.

Bu günün adı ilə bağlı vaxtaşırı müxalifətin istehzalı açıqlamaları səslənsə də, zaman keçdikcə əksəriyyət həmin tarixdə Milli Qurtuluş Gününün əsasının qoyulduğuna daha dərindən əmin olur. 1989-cu ildən indiyədək baş verən prosesləri izləyən istənilən şəxs anlayır ki, dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin haqqında nə qədər bəhs edilsə və yazılsa da azdır.

Azərbaycanın dövlətçilik tarixində qürur duyacağımız siyasi isimlər az deyil. Lakin Heydər Əliyev hər kəsdən fərqlidir. Çünki Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməyi bacarıb. Bu amala çatmaq yolunda çox misilsiz xidmətlər göstərib. Bunu danmaq qeyri-mümkündür.

Bəzən xaricdə kompüter qarşısında oturub, ağzına gələni danışmaqla, fikir yürütməklə, təşbehlər qoşmaqla qəhrəmanlıq etdiklərini düşünənlər Heydər Əliyevin adının önündə dahi sözünün yazılmasından əməlli-başlı qıcıqlanırlar. Halbuki, Heydər Əliyev dahi siyasətçi titulunu sağlığında qazanmağı bacaran çox az dövlət xadimlərindən biridir.

Baxın, sovet imperiyası kimi bir quruluşda azərbaycanlı Heydər Əliyev SSRİ-nin rəhbərləri sırasına ucalmağı bacarmışdı. Bu, asan deyildi. Qafqazdakı gürcülərə və ermənilərə bütün qapılar taybatay açıq olsa da, türk və müsəlman Azərbaycanından siyasətçinin və dövlət xadiminin irəli çəkilməsi olduqca çətin məsələ idi. Bəziləri bu yerdə Nəriman Nərimanovun adını çəkə, onun SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin Zaqafqaziyadan olan I sədri olduğunu yada salmaq istəyərlər. Lakin müqayisə qüsurlu olacaq. Azərbaycanın işğal olunmasına yardım etdiyi üçün bolşeviklər Nərimanovu irəli çəkməyə borclu idilər. Amma bu borcun bədəli ağır oldu. Nərimanovu 3 il sonra zəhərləyib aradan götürdülər. Uzun müddət heç bir azərbaycanlı SSRİ miqyasında yüksək vəzifəyə layiq görülmədi.

Heydər Əliyev isə ermənilərin və ermənipərəstlərin bütün maneələrini və məkrli oyunlarını dəf edərək pillə-pillə ucalmağı, Sov.İKP MK Siyasi Bürosuna üzv seçilməyi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməyi bacardı. SSRİ-nin rəhbərlərindən biri olan yeganə azərbaycanlı oldu. Həmin vəzifədə çox tez yüksək idarəetmə və təşkilatçılıq bacarığını nümayiş etdirdi. Təsadüfi deyildi ki, 1982-ci ildən başlayaraq hər Sov.İKP Mərkəzi Komitəsinin baş katibi vəfat edəndə, xarici siyasi dairələr, “Amerikanın səsi”, “Azadlıq” kimi radiostansiyalar Heydər Əliyevin adını bu vəzifəyə namizədlər sırasında çəkirdilər. Təbii ki, buna ermənilər və ermənipərəstlər dözə bilməzdilər. Odur ki, SSRİ-nin bərbad rəhbərlərindən biri olan, əli Azərbaycan xalqının qanına batan Mixail Qorbaçov birinci növbədə öz əsas rəqibini aradan götürməli idi. Amma təzyiqlər bununla da bitmədi. Qorbaçov hətta vəzifəsiz qalmış, təqaüdçü Heydər Əliyevin doğma Azərbaycana dönə bilməsindən çox qorxurdu. Lakin bu yolda yaradılan bütün təhlükəli məqamlara rəğmən, Heydər Əliyev doğma Vətənə qayıtdı. İndi müstəqil dövlətimizin bir vaxtlar başçısı kimi prezident təqaüdü alan o zamankı Azərbaycan rəhbəri Ayaz Mütəllimov Kremldən aldığı tapşırıqlara əsasən, Heydər Əliyevin Bakıda yaşamasına yol vermədi.

Amma milli liderin Naxçıvandan Azərbaycanın siyasi olumpinə yolu çox uzun sürmədi. Həmin dönəmdə bütün siyasi ekspertlər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişini dahiyanə addım kimi qiymətləndirirdilər. Adətən deyirlər ki, Azərbaycan siyasətçilərinin hakimiyyətə gəlməsi üçün Rusiyanın və digər iri dövlətlərin razılığı olmalıdır. Heydər Əliyev bu arqumenti darmadağın etdi. Onun kimi güclü siyasətçinin Azərbaycana rəhbər gəlməsini Boris Yeltsinin rəhbərlik etdiyi Rusiya hakimiyyəti qətiyyən istəmirdi. Bu sözləri Ermənistan və ermənilərin digər havadarları olan dövlətlər haqqında da demək olar. Amma bu dövlətlərin heç birinin Heydər Əliyevin siyasi yüksəlişinə mane olmağa gücü çatmadı…

Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlmək üçün nə xalqın, nə də bir il öncə yaratdığı siyasi partiyanın gücündən istifadə etdi. Elçibəy komandası onu hakimiyyətə dəvət etmək zorunda qaldı. Xarici və daxili qüvvələrin gercəkliyi qəbul etməsi dahiliyin göstəricisi deyilmi?

Hakimiyyətə gəldikdən sonra ilk növbədə vətəndaş müharibəsinə çevrilmək yolunda olan Gəncə qiyamının ağır nəticələrini aradan qaldırdı. Erməni separatçıları kimi Azərbaycanı parçalamaq xülyasına düşən “Talış-Muğan Respublikası” problemini kökündən həll etdi. Hakimiyyətə gəldikdən bir ay sonra daha 6 rayonu işğal etməyə başlamaqla təzyiq göstərən Rusiya təhlükəsini MDB-yə daxil olmaq kimi siyasi gedişlə neytrallaşdırdı. Həmin dönəmdə Azərbaycanın müstəqilliyinin əldən gedəcəyi ilə bağlı narahatlıqlarını Milli Məclisdə dilə gətirən müxalifətçilərə “Mən başımızın üstündə kiminsə olmasına razı olarammı?” sözü ilə dərs verdi.

Onun gəlişilə bəzi gerizəkalı azərbaycanlı kommunistlər SSRİ-nin bərpa olunacağı xülyasına düşdülər. Lakin milli liderin müstəqil dövlət arzusu barədə fikirləri onlara tərs şapalaq təsiri göstərdi. “Biz azadıq, müstəqilik, sərbəstik, heç kimdən asılı deyilik, öz taleyimizin sahibiyik. Yalnız bunun üçün aylarla, illərlə əziyyət çəkmək, ac qalmaq olar. Çünki əsrlər boyu Azərbaycanın mütəfəkkir insanları milli azadlıq və müstəqillik arzusu ilə yaşamışlar, mübarizə aparmışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bunu indi əlimizdə saxlamaq, qorumaq hər bir insanın öz canından da artıqdır. Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir. Əmin ola bilərsiniz ki, Azərbaycan Dövlətinin və Prezidentinin apardığı siyasət və həyata keçirdiyi tədbirlər Azərbaycanın dövlət müstəqilliyini günü-gündən möhkəmləndirir və yüksəklərə qaldırır. Azərbaycanın dövlət başçısı kimi deyirəm, bundan sonra Azərbaycan heç kəsdən asılı olmayacaq və heç kəsin vassalı olmayacaq”, – dedi Heydər Əliyev və kommunistlərin xülyasını tarixin zibil qutusuna göndərdi.

Ermənilərlə atəşkəs müqaviləsini imzalamaqla ordumuzu yaratmaq və hərbi-sənaye müdafiəni gücləndirmək imkanı qazandırdı, “Əsrin müqaviləsi” kimi nəhəng beynəlxalq enerji layihəsini gerçəkləşdirdi. Bu zaman danışıqları elə ustalıqla apardı ki, Rusiya və İran kimi təhlükəli dövlətlər və ermənilərin havadarları narazılıqlarını öz içlərində boğmağa məcbur oldular.

Azərbaycanı qeyri-qanuni silahlı dəstələrdən, xarici dövlətlərin əli ilə hakimiyyəti silahlı yolla devirə bilən qüvvələrdən təmizlədi. Qəbələ RLS-nin bağlanması, Xəzərin statusu ilə bağlı məsələlərin tənzimlənməsinin, ölkəmizə neft gəlirlərinin gəlməsinin əsasını qoydu.

1994-1995-ci illərdə baş verən hadisələr zamanı müxalifətin tanınmış funksionerlərindən biri özəl söhbətlərin birində “bizim üçün yolu təmizləyir” demişdi. Lakin həmin siyasətçinin ağlına belə gəlmirdi ki, Heydər Əliyev müstəqilliyi daha artıq düşündüyü üçün onu bütün ağlı və gücü ilə qoruya biləcək siyasi varisini də yetişdirib. Və həmin varis ötən il Azərbaycanın əzəli torpaqlarını erməni işğalından azad etdirən, ölkəmizin ərazi bütövlüyünü bərpa etdirən İlham Əliyevdir.

Ata vəsiyyətinə əməl edən və bunu qürurla bəyan edən İlham Əliyev isə Milli Qurtuluş Gününü qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə azad Şuşada qeyd edir. Və onlar Şuşaya birlikdə “Azadlığın, Milli Qurtuluş Günün mübarək, əziz Şuşa!” deyirlər.

Heydər Əliyev unikal şəxsiyyət idi. Xarizması ilə yanaşı doğmalığını, əzizliyini bütün təbəqələrdə olan insanlara hiss etdirməyi bacarırdı, ağıllı və istedadlı yaradıcı insanlarla qürur duyurdu, onların uğurlarına ürəkdən sevinirdi. Düşmənlərin dilini bilirdi. Londonda səfərdə olarkən təbbəssümünü pozmadan ermənipərəstliyi ilə məşhir olan baronessa Koksa “Sizi Azərbaycana dəvət edirəm”, deyərkən Britaniyanın Lordlar Palatasının üzvü olan bu məxluqun necə çaşdığını görmək adama zövq verirdi…

Nə yaxşı ki, dünyanın Azərbaycan kimi pəncərəsindən Heydər Əliyev baxıb! Onun misilsiz xidmətləri qarşısında bizə Azərbaycanın görkəmli övladını və böyük öndərini daim rəhmətlə yad etmək düşür.

Ruhunuz şad olsun, böyük öndər! Milli Qurtuluş Günümüz mübarək!

KONKRET.az

Bənzər yazılar

SON DƏQİQƏ: DİQQƏT! DTX vətəndaşlara müraciət etdi – “…dərhal xəbər verin!”

admin

TƏCİLİ! – “Eşşək” ləqəbli partiya sədri rusların dəstəyilə sərhədi pozub Xankəndinə getdi:Qaniçən oliqarx Azərbaycana meydan oxudu

admin

SON DƏQİQƏ!Azərbaycan Ordusu Qafan və ətraf əraziləri nəzarətə götürdü – postlar quruldu(VİDEO)

admin

İRAN yenə Azərbaycana qarşı ÇAŞDI: Həyasızcasına BU ƏRAZİLƏRİ İSTƏYİR +ŞOK VİDEO

admin

Ramiz Mehdiyev Yaqub Mahmudovun yerinə Əli Həsənovu gətirir – SON DƏQİQƏ

admin

ŞOK AÇIQLAMA:İkinci Qarabağ müharibəsi başladı?

admin