21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
MANŞET

İntensiv döyüşlər gedir, YARALILAR VAR: ermənistan tank və minaatanlardan vurur – Ordumuzdan darmadağın(RƏSMİ)



Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilib.

GUNinfo.az bildirir ki, bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Rəsmi İrəvan 2020-ci ilin 9 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Qarabağ bəyannaməsini pozan təxribat xarakterli əməllərinə davam edir.

GUNinfo.az   “Qafqazinfo”ya istinadən xəbər verir ki, günlərdir sərhəddə atəşkəsi pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində təxribat törətməyə davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu gün saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz – Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri nəticəsində Ermənistan ordusunun çox sayda  hərbçisi məhv edilib.

Ermənistan Müdafiə Nazirliyi açıqlamasında cəbhədə intensiv döyüşlərin getdiyini, üç erməni hərbçinin öldüyünü, ikisinin isə yaralandığını açıqlayıb.

Daha sonra Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsünün tərəfimizdən qəbul edildiyini bəyan edib.

Qeyd olunur ki, buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.

Bənzər yazılar

Sahil Babayevin illərdi gizlətdiyi SİRR AÇILDI: Nazirin erməni nənəsi ilə bağlı ŞOK AÇIQLAMA – VİDEO

admin

ETİRAZ: FHN-in modul tipli xəstəxanasında MAAŞLAR QEYBƏ ÇƏKİLİB-VİDEO

admin

SON DƏQİQƏ! Elmar Məmmədyarav istintaqa çağrıldı – sabiq nazir HƏBS EDİLİR

admin

SON DƏQİQƏ: Ordumuz Zəngəzurda 8 KİLOMETR İRƏLİLƏDİ

admin

SON DƏQİQƏ! DTX-dan xüsusi ƏMƏLİYYAT:Daha bir icra başçısı həbs edildi

admin

SON DƏQİQƏ!Ordumuz bu ərazilərə nəzarəti ələ keçirdi – Polkovnikdən şok açıqlama

admin