31 C
BAKI
21 İyun 2021
Guninfo.az
Image default
MANŞET

Nazir Şəhər Polis Şöbəsinin rəisinə şiddətli töhmət verdi: – Bu vəzifəli zabitləri isə polisdən qovdu

GUNinfo.az -a verilən məlumata görə, bir müddət öncə rayon sakini, Mirzəyev Ramin İlyas oğlu narkotik vasitələrin daşınmasına görə saxlanılıb və  ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Amma nədənsə nəməlum səbəblərdən Ramin Mirzəyev sərbəst buraxılıb. Bundan sonra vətəndaş Mirzəyev DİN rəhbərliyinə şikayətlər ünvanlayıb. Bildirib ki, şöbənin Cinayət Axtarış İdarəsinin rəisi Bəhruz Mirzəyev şəxsi konfliktinə görə onun barəsində saxta əsaslarla cinayət işi başladıb.
Nazirliyin Daxili Təhqiqat İdarəsi məsələ ilə bağlı araşdırmaya başlayıb. Bunun üçün Şirvana yola düşən DİN vəzifəli şəxsləri rayona çatmağa 1 saat qalmış əməliyyatçılar Ramin Mirzəyevin evinə baxış keçirməyə gedib. Baş əməliyyat müvəkkili Kamil adlı polis əməkdaşı Raminin evindən bir neçə növ narkotik aşkar edib.
Daxili Təhqiqat İdarəsinin əməkdaşları şöbəyə çatdıqdan sonra məlum olub ki, bir ay öncə saxlanılan R.Mirzəyevin evinə həmin günə kimi baxış keçirilməyibmiş. Bu da ciddi prosessual pozuntu hesab edildiyi üçün Şirvan ŞPŞ rəhbərliyi cəzalandırılıb.

Şöbənin Cinayət Axtarış şöbəsinin rəisi Bəhruz Mirzəyev, baş əməliyyat müvəkkili Şamil və baş təhqiqatçı isə polis orqanlarındakı xidmətdən xaric edilib.
Hazırda Şirvan ŞPŞ-də kompleks yoxlama aparıldığı bildirilir.

Bənzər yazılar

ACI XƏBƏR GƏLDİ: Türk əsgərlərinin olduğu əraziyə dəhşətli hücum edildi – Xeyli sayda ÖLÜ VƏ YARALI VAR

admin

Pensiya terrorçuları – 100 min insanın taleyi sual altında…

admin

TƏCİLİ:Xocavənd istiqamətində amanız döyüşlər gedir – düşmən ordusu və könüllü dəstələr belə məhv edildi(VİDEO)

admin

SON DƏQİQƏ: Azərbaycan Ordusu Kəlbəcərə girdi, şiddətli döyüşlər gedir – Ermənistan MN

admin

SON DƏQİQƏ! İlham Əliyev təcili müşavirə keçirdi – VİDEO

admin

Türkiyənin Azərbaycana verəcəyi yeni DƏHŞƏTƏLi SİLAH: Qırıcıları vurur, dron sürüsü buraxır, raket zərbələri endirir və…

admin