18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
MANŞET

Prezidentdən müdafiə nazirinə təcili TAPŞIRIQ: Ordu döyüş hazırlığı vəziyyətinə gətrildi, generallara MÜHÜM TAPŞIRIQ

Prezidentin tapışırığ ilə oktyabrın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Mərkəzi Komanda Məntəqəsində mühüm müşavirə keçirilib.
GUNinfo.az bildirir ki, Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdıran müdafiə naziri, Ordunun  döyüş hazırlığı vəziyətinə gətirilməsini və  xüsusi diqqət yetirilməsi  göstərişlərini verib.
Müşavirədə dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyəti də təhlil edilib.
Şəxsi heyətin döyüş hazırlığı  və ayıq-sayıqlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə müdafiə naziri bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin praktiki məşq etdirilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar  da verib.
Şəxsi heyətə təhlükəsizlik qaydalarının çatdırılması və onlara əməl olunmasına ciddi nəzarət edilməsinin vacibliyi xüsusi vurğulanıb.
General-polkovnik Z.Həsənov azad edilən ərazilərdəki bölmələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun yaradılması, dağ yollarının çəkilməsi və onların daim işlək vəziyyətdə saxlanılması, bölmələrin qışa hazırlıq işlərinin tamamlanması, xüsusilə dağlıq ərazilərdə xidmət edən bölmələrə lazımi ehtiyatların vaxtında çatdırılması məsələlərinin diqqətdə saxlanılması ilə bağlı müvafiq göstərişlər verib.
Nazir Ali Baş Komandanın tapşırıqlarından irəli gələn müvafiq  işlərinin mütəşəkkil qaydada icra olunması barədə generallara və aidiyyəti şəxslərə əmr verib.

Bənzər yazılar

XƏBƏR AZ ÖNCƏ GƏLDİ: ermənilər Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçdiyi bildirildi- RƏSMİ( VİDEO)

admin

SON DƏQİQƏ!Prezidentin SOCAR-a yeni təyin etdiyi vitse-prezidentlər KİMDİR? – DOSYE

admin

ŞOK! İran təcili Azərbaycanla sərhədə artilleriya və ağır zirehli texnikalar yeritdi – VİDEO

Fikrət Fərhadoğlu

Kəmaləddin Heydərov da yola salınır: FHN ləgv edilir – SON DƏQİQƏ

admin

Hesablama Palatası “Azərsu”dakı dəhşətli korrupsiyanı ifşa etdi – Qorxmaz Hüseynov HƏBS EDİLİR

admin

Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi Akif Əliyev

admin