19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
MANŞET

Prezidentin Cəlilabad və Şəmkir rayonuna təyin etdiyi icra başçıları kimdir? – DOSYE


Prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir rayonunun icra başçısı vəzifəsinə təyin olunan Rəşad Tağıyev bundan əvvəl Təhsil Nazirliyində məsul vəzifədə çalışıb. 
Qaynarinfo xəbər verir ki, o, nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri olub.
2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.
2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Sonuncu iş yeri isə yuxarıda qeyd etdiyimiz kimi nazirliyin şöbə müdiri vəzifəsi olub.
Özəl sektorda, Xəzər Dəniz Gəmiçilik İdarəsində, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb.
Prezidentin 14 fevral 2006-cı il tarixli sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib.
Prezidentin 10 iyul 2009-cu il tarixli sərəncamı ilə isə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini postuna təyinat alıb.
Ailəlidir, 3 övladı var.

Bənzər yazılar

Bütövlük YÜKSƏLİŞİ: Prezident İlham Əliyevin adı tarixə qızıl hərflərlə yazılacaq

admin

TƏCİLİ!Nərimanov rayon sakinləri Prezident Administrasiyasına yuruş etdi – ETİRAZ AKSİYASI

admin

SON DƏQİQƏ: Cəbhədən XOŞ XƏBƏR – Daha bir yüksəklik AZAD EDİLDİ

admin

Hesablama Palatası TƏBİB-də yoxlamalara başladı, prokurorluq HƏRƏKƏTƏ KEÇDİ – Ramil Bayramlı HƏBS EDİLİR?

admin

SƏS-KÜYLÜ HƏBSLƏR OLACAQ!Kənan Məmmədovla, Mehdiyevin köməkçisinin işbirliyi-Generallar İFŞA OLUNDU

admin

TƏCİLİ:Ermənistan Qəbələ və Kürdəmirə ballistik raket zərbələri endirib

admin