21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
MANŞET

ŞAD XƏBƏR! Ermənilərin Qarabağdan böyük köçü BAŞLADI – Avtobuslara doluşub RƏDD OLURLAR



Qarabağda yaşayan və dinc həyat əvəzinə Azərbaycanla ədavət aparmaq, düşmənçilik etməyi seçən ermənilər artıq çarəsiz olduqlarını sözün əsl mənasında anlayıblar. Artıq sosial şəbəkələrin erməni seqmentində bu çarəsizliyin əyani sübutları özünü büruzə verir. Qarabağda yaşayan ermənilər sürətlə regionu tərk edir.

GUNinfo.az xəbər verir ki, bu cür şərhlərdən birində erməni sosial şəbəkə istifadəçisi Nair Allabyan məsələnin bütün mahiyyətini ortaya qoyan fikir səsləndirib: “ermənilər burada gələcək görmürlər”.

Bəli, bu fikri tarixi ədalətin bərpasını həzm edə bilməyən, Azərbaycana qarşı kin bəsləyən, türkofobiyanın əsirinə çevrilmiş hər bir erməni üçün haqlı hesab etmək olar.

Çünki Azərbaycan ordusunun regiona bəxş etdiyi ədalət və qüdrətli Azərbaycan dövlətinin yaratdığı sülh bu cür anlayışlar üçün heç bir şans qoymur. Bu regionda artıq Azərbaycanla qarşı-qarşıya gəlməyin nə demək olduğunu anlayanlar üçün başqa çıxış yolu yoxdur. Ya ədavəti kənara qoyub sülh içində bizim diktə və öndərlik etdiyimiz mühitdə yaşamalı, ya da bütün məkrli planlarını toplayıb yeganə çıxış yoluna – qaçmağa əl atmalıdırlar.

Bir erməni üçün mənfur xislətini kənara qoymaq isə demək olar ki, mümkünsüzdür. Odur ki, bu gün ermənilərin özlərinin Qarabağla bağlı etiraf etdiyi bu mənzərə – sürətlə regiondan qaçış, həmin o ikrah hissi doğuran “xüsusiyyətlərin” erməni xalqına vurduğu ən ağır zərbədir.

Ermənilərin Qarabağdan qaçışı təkcə çarəsizlik deyil, həm də Azərbaycanın qələbəsini, qüdrətini həzm edə bilməməkdir. Bu qaçış regionun faşist ideyalardan, düşmənçilikdən təmizlənməsinin başlanğıcıdır. Bu qaçış sülh və ədalətin düşmənçilik və haqsızlıq üzərində parlaq qələbəsidir.

Azərbaycanın tələbi bütün dünya üçün aşkar və ədalətlidir: regionda sülh və əmin-amanlıq içində yaşamağın tək şərti Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək və müzəffər Azərbaycan ordusunun döyüş meydanında yaratdığı yeni reallıqları qəbullanmaqdır!

Bu gün “ermənilərin Qarabağdan böyük köçü” başlayıbsa, bu onların həmin əraziyə aid olmadıqlarının da etirafıdır. Çünki bir xalqı doğma torpağından heç kim qopara bilməz, necə ki, Azərbaycan xalqı Qarabağdan heç zaman qopmadı, canı ilə, qanı ilə Qarabağa sahib çıxdı və ədalətsizliyə son qoydu.

Lakin ermənilər könüllü şəkildə Qarabağdan qaçırlar. Bütün dünyanın gözü qarşısında sülh içində yaşamaq əvəzinə öz ifrat düşüncələrini, düşmənçiliyi seçir, nə olur olsun, öz xislətlərindən əl çəkmirlər, erməni Nair Allabyanın dediyi kimi burada “gələcək görmürlər”. Çünki bu gün Qarabağı tərk edən hər bir erməni bu torpağa aid olmadığını anlayır, şüurlarına hopmuş faşizm bəlasını, Azərbaycan xalqına qarşı həsəd, kin və düşmənçiliyi kənara ata bilmir. Ermənilərin “sadiq olduğu” bu xislətin qüdrətli Azərbaycanın və lideri ilə bir yumruq kimi birləşən qəhrəman xalqının yaratdığı yeni reallıqda həqiqətən “gələcəyi görünmür”!

/ Oxu.az

Bənzər yazılar

TƏCİLİ:Xocavənd istiqamətində şiddətli döyüş gedir – ermənilərin canlı qüvvəsi və hərbi texnikaları belə MƏHV EDİLİR(RƏSMİ)

admin

TƏCİLİ!Nəcməddin Sadıkovdan XƏBƏR VAR: “Qaramaskalılar başına torba keçirib apardılar”

admin

Paşinyan parlamentdə İlham Əliyevdən danışdı: “Hər şeyi ona biz çatdıraq” – ŞOK GƏLİŞMƏ

admin

DTX və Baş prokurorluğa MÜRACİƏT:Cəlilabad Bələdiyyə sədrinin rüşvət GÖRÜNTÜLƏRİ – ANBAAN VİDEO

admin

Zakir Həsənov və generallar təcili Qarabağa getdi-Hava Hücumundan Müdafiə Qoşunlarına MÜHÜM ƏMR

admin

XƏBƏR AZ ÖNCƏ GƏLDİ: ermənilər Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçdiyi bildirildi- RƏSMİ( VİDEO)

admin