13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
BANNER MANŞET

SON DƏQİQƏ! DTX təcili məlumt yaydı – HƏBS OLUNANLAR VAR

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfi­zəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin güclən­dirilməsi, qaçaqmalçılıq və digər qanunsuz fəaliyyətlər ilə mübarizə sahəsində tədbirlər dаvаm еtdirilməkdədir.

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən GUNinfo.az-a bildirilib ki, cari ilin sentyabr ayının 21-də DSX və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi birgə tədbir nəticəsində dənizdə külli miqdarda tütün məmulatlarının qanunsuz qaçaqmal­çılığının qarşısı alınıb.

Salyan rayonu istiqamətindən naməlum 2 üzmə vasitəsinin rejim qayda­larını pozaraq icazəsiz olaraq gecə vaxtı dənizə çıxması barədə qabaqlayıcı məlumata əsasən DSX-nin Sahil Mühafizəsinin Xəzər dənizi­nin cənub istqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi qeyd olunan əraziyə göndərilib. Texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə üzmə vasitələrinin hərəkəti nəzarətə götürülmüş, sahildən 1.6 mil məsafədə 2 nəfər heyət üzvü olan 1 ədəd bort nömrəsiz “Yamaha-8” mühərrikli taxta tipli qayıq və onun yedəyində mühərrik­siz rezin qayıq saxlanılıb.

Üzmə vasitələrinin heyəti özlərini Neftçala rayonu, Qoltuq kənd sakinləri 1978-ci il təvəllüdlü Quliyev Süleyman Qəhrəman oğlu və 1987-ci il təvəllüdlü Abuşov Sahib Qarakişi oğlu kimi təqdim ediblər.

Qayıqlara baxış zamanı ümumilikdə 48 680 qutu müxtəlif növ tütün məmulatları (“Manchester”, “Magna”, “Senator”, “Kent”, “Platinum”, “King”, “Want”) aşkar edilib.

Fаkt ilə bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bənzər yazılar

TƏCİLİ AÇIQLAMA! Generaldan HÜCUM ANONSU: Zəngəzur dəhlizi QƏFİL NƏZARƏTƏ GÖTÜRÜLƏCƏK

Fikrət Fərhadoğlu

Prezident çox mühüm sərəncam imzaladı – SON DƏQİQƏ

admin

Neft – Qaz İnstitutunda TALAN: “Büllur lüstr və Dəftərxana” ƏMƏLİYYATI

Fikrət Fərhadoğlu

Rusiyada böyük inqilab: dövlət çevrilişinə hazırlaşan nüfuz sahibləri Putini tarix edir – ARAŞDIRMA

admin

SON DƏQİQƏ: İranda ard-arda DƏHŞƏTLİ ZƏLZƏLƏLƏR OLDU – BÖYÜK DAĞINTILAR VAR, Bölgədə HƏYAT DURDU

admin

“Hazırda Əsgəran uğrunda şiddətli döyüşlər gedir” – SON DƏQİQƏ

admin