31 C
BAKI
21 İyun 2021
Guninfo.az
Image default
MANŞET

SON DƏQİQƏ!Gömrük komitəsi ləğv edilib bu nazirliyə birləşdirilir – Səfər Mehdiyev isə…- AÇIQLAMA

“DGK-nın səlahiyyətlərinin Mərkəzləşdirilmiş İdarə tərəfindən həyata keçirilməsi daha məntiqlidir”.

GUNinfo.az-ın xəbərinə görə, iqtisadçı Ramin Rəhimov DGK-nin ləğvi məsələsinin yenidən gündəmə gəldiyini bildirib.

“Hələ 2016-cı ildə Strateji Yol Xəritəsi hazırlanan zaman orada bir çox dövlət qurumlarının birləşdirilməsi, təkrarlanan fəaliyyət növü ilə məşğul olan strukturların ləğvi nəzərdə tutulurdu. DGK-nın fəaliyyət xronologiyasına nəzər salsaq görərik ki, komitə sahibkarların qənimi rolunda çıxış edir. İstər rüsumların çoxluğu, istərsə də məhsulların gömrükdə əsassız olaraq saxlanılması, həmçinin bir sıra subyektiv maneələrin törədilməsi və s. hallar böyük narazılıqlara yol açır. Son dövrlər bu kimi hallar çoxalıb və baş verənlərin fonunda DGK-nin ləğvi məsələsi yenidən gündəmə gəlib”.

DGK-nın ləğvinin nəticələrindən danışan həmsöhbətimizin sözlərinə görə, əsas məqsəd azad ticarət mühitini formalaşdırmaqdır:

“Mövcud şəraitdə əsassız gömrük rüsumları, xaricdən idxal edilən məhsullara qoyulan qadağalar aradan qaldırılmalıır. Təcrübədən bilirik ki, Gömrük Komitəsi bu sahədə islahatları həyata keçirə bilmir. Bu baş versəydi, neçə illər ərzində baş verərdi. Həm də neqativ halların verməməsi üçün bu qurum ləğv edilməlidir. Komitə təkcə rezidentlər üçün problem törətmir. DGK həm də qeyri-rezidentlərin maliyyə axınına, idxal-ixrac əməliyyatlarına ciddi əngəllər yaradır. Komitənin ləğvi bu sahədə şəffaflığın təmin olunmasına gətirib çıxaracaq. Biz kölgə iqtisadiyyatından azad olmağa çalışırıq. Ötən il bir beynəlxalq təşkilatın apardığı araşdırmalar zamanı məlum olub ki, Azərbaycanda kölgə iqtisadiyyatının ümumi payı 66 faizdir. Bu çox mənfi göstəricidir. Təcili olaraq vahid pəncərə sisteminə keçid edilməlidir. DGK-da bu sistem tətbiq edilsə də, formal xarakter daşıyır. Korrupsiya hallarına geniş rast gəlinir. Bütün hallarda DGK-nın ləğvi qaçılmazdır”

Onuda qeyd edək ki, əksər ekspertlər də çıxış yolu kimi illərdir bürokratiyanın hökm sürdüyü Dövlət Gömrük Komitəsinin (DGK) ləğv edilərək ,Maliyyə nazirliyinə birləşdirilməsini təklif edib.

GUNinfo.az

Rza

Bənzər yazılar

ABŞ Türkiyə sərhədlərinə ordu yeridir: 150 helikopter, 1800-dən çox hərbi texnika, cox sayda tanklar…

admin

TƏCİLİ!Türkiyə Ordusu Ermənistanla sərhədə yeridildi – düşmən ölkəyə hərbi müdaxilə?

admin

“Sabah minlərlə adam öləcək, nəzarətdən çıxmış 22 tonluq nəhəng raket yerə çırpılacaq”:Paraleldə Bakıda var – Ağ Evdən qorxunc açıqlama

admin

TƏCİLİ! Nazir və ətrafında tuthatut: Qara maskalılara səs -küylü HƏBSLƏRƏ HƏ DEYİLDİ

admin

Qarabağda ŞOK AN! Xüsusi Təyinatlılarımız 3 erməni polkovnikini belə əsir götürdü – VİDEO

admin

SON DƏQİQƏ:ermənilər bütün cəbhə boyu hərəkətləndi – şiddətli döyüşlər gedir(VİDEO)

admin