16 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
MANŞET

TƏCİLİ: Xankəndi, Xocalı və Xocavəndlə bağlı QƏRAR VERİLDİ – Məsələ rəsmən bitdi!



Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanında iki detalın tarixi əhəmiyyəti var:

– Dövlət Qarabağa dair açıq qalan məsələlərlə bağlı mövqeyini ilk dəfə rəsmi sənədlə bəyan etdi;

– Dövlətin gələcək strateji hədəfi rəsmiləşdi.

Fərmana görə, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. Beləliklə, sülhməramlıların nəzarətindəki Xankəndi, Xocalı və Xocavənd rayonu ilə bağlı müharibədən sonra ilk rəsmi qərar qəbul olundu və bu fərman ən vacib məsələyə dair rəsmi qərarın verilməsi hesab oluna bilər:

– Qarabağın “statusunun” olmayacağı rəsmi sənədlə təsdiq olunur;

– Xankəndi, Xocalı və Xocavənddə yaşayan ermənilər yalnız Azərbaycan vətəndaşı kimi bölgədə yaşaya bilərlər;

Əliyevin prosesi yetişdirməsi və zamanında – Şuşa Bəyannaməsinin imzalanmasından sonra yekun qərarı verməsi xüsusilə diqqət çəkir.

Burada həm də müharibədən sonra “Xankəndi, Xocalı və Xocavəndin taleyi necə olacaq” suallarının rəsmi cavabı yer alır.

Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycan dövlətinin Qərbi Zəngəzura qayıdış hədəfinin də rəsmi elan edilməsi hesab oluna bilər. Əliyev dövlətin gələcək strategiyasını açıq elan edir.

Bənzər yazılar

SON DƏQİQƏ! Aralıq dənizində vəziyyət gərginləşdi – 5 ölkə Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ

admin

İşğaldan azad olunan yaşayış məntəqələrimiz və strateji yüksəkliklər -TAM SİYAHI

admin

Rəsul Quliyev və adamlarından prezidentə qarşı TƏXRİBAT PLANI: Sabiq deputatdan ŞOK ÇAĞRIŞ

admin

ŞOK GƏLİŞMƏ!Nazir Muxtar Babayevin kortejinə PREZİDENT TRASI – Bakı-Sumqayıt yolu belə BAĞLANIR(VİDEO +FOTO)

Fikrət Fərhadoğlu

Pensiya terrorçuları – 100 min insanın taleyi sual altında…

admin

Ramazan Mirzəyevin “qara kassası” Rəşadın “xidmətləri” nəticəsində faktların ifşa prosesi gecikdirilir. Lakin əminliklə deyə bilərik ki

admin