21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
MANŞET

Türkiyə rəsmən Cənubi Qafqaza girdi – Səxavət Məmməddən SON DƏQİQƏ AÇIQLAMASI



Türkiyə rəsmən Cənubi Qafqaza girdi. Azərbaycan Xidmət Komandanlığının başqa adı yoxdur. Məsələ ondadır ki, bəziləri bunu dünənin, bu günün işi hesab edir. Necəki bəziləri müharibənin başlamasına Paşinyanın yallı getməyini səbəb göstərirlər. İndiki Türkiyə 3 əsridir ki, bölgədən sıxışdırılaraq çıxarılıb.

Beləki, 1918-ci ildə Azərbaycan, Gürcüstan, Ermənistanı ilhaq etməklə yenidən bölgəyə girmək şansı var idi, kəsəsindən bacarmadı. Sovet hakimiyyəti dövründə bu imkansız idi. Yalnız müstəqillikdən sonra Türkiyənin bölgəyə ayağı açıldı. Bəzən iddia edirlər ki, Türkiyə hərbçiləri indi gəlib. Türkiyə hərbçiləri ilk müharibə dövründə də burda idi. Sayları az olsa da, təməl onda qoyuldu. Daha sonra hərbçilərin təhsili məsələsi baş verdi. Ardınca müqavilə. Azərbaycan hərbçiləri Türkiyədə təhsil alırdı, təlimlərdə, kurslarda iştirak edirdi. Bu arada, təkcə Azərbaycan hərbçiləri Türkiyədən öyrənməyib.

Bu illər ərzində Türkiyə hərbçiləri də Azərbaycandan öyrənib. Türkiyənin hava hücumundan müdafiə sisteminin zəif olmasını özləri də etiraf edib. S -200, S-300 Azərbaycandan öyrənilib, eləcə də digər Rusiya istehsalı olan silahlar. Bundan əlavə Azərbaycan ordusunun hərbçiləri Türkiyə ordusunun bir çox məsələlərdə dadına çatıb. Bunların nə olduğunu açıqlamağın hələki vaxtı deyil.

İddia edilirdi ki, Türkiyə hərbçiləri Azərbaycandan gedirmiş. Türkiyə Azərbaycan müstəqil olandan bəri, daha da dərinə getsək 300 ildən çoxdur ki, girmək istədiyib də, ən sonda bacardığı işdən niyə çəkilsin? Bu hakimiyyətləri də aşan məsələdir.

Türkiyənin bölgəyə girməsinə Rusiyanın da razılığı alınıb. Lap dəqiq desək, buna məcbur olub. Xalqın mövqeyi, ölçülən nəbizlər bunu etməyə sövq edib. Baza məsələsinə ilk gündən qarşı çıxmışam. Proseslər onu göstərir ki, buna gərək də qalmayacaq. Müqavilələr, bəyənnamə, hazırkı aparılan iş daha çox iki ordunun vahid mərkəzdən idarə olunması yolunda getdiyini göstərir. Dərindən və gələcəyə yönəlik düşünəndə bunun təhlükəli tərəfləri də olmamış deyil.

Bənzər yazılar

SON DƏQİQƏ!Prezident az öncə açıqladı – YENİ tvit

admin

Putinin Qarabağda GİZLƏDİLMİŞ TƏHLÜKƏLİ PLANI – Sülhməramlıların ŞAH və MATı(VİDEO)

admin

Gorus-Qafan yolunda erməni DİVERSANTLAR hərəkətə keçdi : TƏCİLİ ƏMƏLİYYAT BAŞLANDI

Fikrət Fərhadoğlu

Paşinyan Fransadan Rusiyaya ağır zərbə: Kreml Ermənistanı KTMT-dan çıxarır – SİYASİ KRİZ

admin

SON DƏQİQƏ: Ordumuz Qarabağda HÜCUMA KEÇDİ, anti-terror əməliyyatı başladı – ÇOX SAYDA ƏSİR VAR

admin

Ermənistan Rusiyanın iki Türk dövlət arasındakı maraq və terror dövlətidir – Politaloqdan şok açıqlama

admin