19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
MANŞET

“Uşaqpulu”nun verilməsi ilə bağlı ŞAD XƏBƏR: “2021-ci ilin sonunadək…”- Deputatdan SON DƏQİQƏ AÇIQLAMASI



Çinin Pançjihua şəhər rəhbərliyi ölkədə ilk olaraq, ailədəki ikinci və üçüncü uşağa görə subsidiya verilməsinə başlayıb.Azərbaycanda təbii artım keçən illə müqayisədə xeyli aşağı düşüb, rəqəmlərində kəskin fərq var. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatında 2021-ci ilin ilk iki ayı ərzində Azərbaycanda 20 min 984 körpə doğumu qeydə alındığı bildirilir. Bu, əhalinin hər 1000 nəfərinə 13 nəfər təşkil edir. Ümumilikdə ilin iki ayı ərzində doğulan körpələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 337, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 416 nəfər azdır.

GUNinfo.az bildirir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Məlumata əsasən, subsidiya üç yaşadək olan körpələrə şamil edilir. Qərara görə, ailədə hər ikinci və üçüncü uşağa 500 yuan (131 manat) aylıq yardım veriləcək. Bununla yanaşı, uşağın dünyaya gəlişinədək onun anası hamilə qadınlar üçün olan bütün xidmətlərdən pulsuz istifadə edə biləcək. Sözügedən yeniliklərin tətbiq edilməsinin özəlliyi isə Çində doğumun kəskin azalması ilə bağlıdır. Yaxın zamanda təbii artımın stimullaşdırılması üzrə müvafiq tədbirlərin bütün ölkə miqyasında tətbiq ediləcəyi gözlənilir.

Azərbaycanda doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Pandemiyanın gəlməsilə toyların dayanmasının təbii artıma təsir etdiyi də danılmazdır. Belə olan halda Azərbaycanda “uşaqpulu” verilməsi yenidən gündəmdədir.

Mövzu ilə bağlı Cebhe.info-ya Milli Məclisin üzvü, deputat Fazil Mustafa danışıb. Deputat bildirib ki, Azərbaycanda təbii artımı stimullaşdırmaq lazımdır:

“Bununla bağlı xüsusi qərar qəbul etməyə ehtiyac yoxdur. Uşaqların cəmiyyətdə müəyyən dərəcədə dəstəklənməsinə ehtiyac var. Bunu “uşaqpulu”nun verilməsi formasında, yaxud da hansısa modeldə etmək olar. Çünki onların sağlamlığı ən vacib məsələlərdən biridir. Bu istiqamətdə nəsə etmək lazımdır. Ancaq belə məsələləri Çindəki kimi həll etməməliyik. Çünki uşaq artımı əhali artımı problemi yaradır. Bizim ölkədə isə əhali azlığı problemi var, işçi qüvvəsinə ehtiyac var. Həmçinin, müharibə aparmış dövlətik, itkilərimiz var. Bunlar, nəzərə alınmalıdır”.

Deputat bildirib ki, 1 yaşdan 6 yaşadək uşaqların ilkin sağlamlıq prosesi, geyim, qida məsələsinin həlli istiqamətində sabit dövlət müavinət sistemi qurulmalıdır:

“Bu olmazsa, problemlər olacaq. Çünki uşaqların çoxu sağlam böyümək imkanına sahib deyil. Büdcəyə görə müavinıtin məğləği təyin edilir. Hesab edirəm ki, imkanlarımıza baxıb müzakirə olunmalıdır. Yəqin ki, müzakirəyə çıxarılsa, optimal qiymət müəyyən edilər. Çox vaxt valideynlər həmin pulu özləri üçün xərcləyirlər. Bu da arzuolunan deyil. Həmin vəsaitin yalnız uşağa xərclənməsi nəzərdə tutulmalıdır”.

Deputat uşaqların sağlamlığı, həmçinin ailə büdcəsinə təsir edən faktorlar sırasında qida monopoliyasının olduğunu da deyib:

“Bu, yerli qidanın istehsal olunub, uşaqların erkən yaşdan sağlam böyüməsinə imkan vermir. Cinayətkar bir şəbəkə bütövlükdə genefondun məhvi üçün əlindən gələn edir. Qidaların əksəriyyəti uşaqların sağlamlığına hesablanmayıb, uyğun deyil. Uşaq qida satışındakı monopoliya yerli istehsala şərait yaratmır. Təki valyuta xərclənsin və ailələr uşaqları üçün qidaları baha qiymətə alsınlar. Bu da vətəndaşın büdcəsindən gedir. Ona görə də bu kimi problemlər öz həllini tapmalıdır”.

Fazil Mustafa son olaraq əhalini düşündürən sualı cavablandırıb. O, 2021-ci ilin sonunadək “uşaqpulu”nun verilməsi ilə bağlı müzakirələrin aparılacağını, müsbət qərarın ola biləcəyini açıqlayıb:

“Düşünürəm ki, bu mümkündür, olmalıdır. Çünki inflyasiya baş alıb gedir. Belə bir vəziyyətdə uşaqları qorumaq əsas məsələdir”.

Şəlalə Babayeva
Cebhe.info

Bənzər yazılar

SON DƏQİQƏ!Baş Qərargah rəisi Nəcməddin Sadıkov vəzifədən azad edildi – AÇIQLAMA

admin

Ordumuzdan ermənilərə DƏHŞƏTLİ ZƏRBƏ: 2300 əsgər, yüzlərlə hərbi texnika, bir s-300 məhv edildi

admin

SON DƏQİQƏ!İranda fars rejiminə qarşı üsyan başladı, silahlar işə düşdü – atışma gedir (VİDEO)

admin

TƏCİLİ XƏBƏR!Azərbaycanda islahatların növbəti dalğası: Parlament buraxılır, referendum olacaq?

admin

Paşinyanın ƏZAB SƏHNƏLƏRİ – Beşikdə öldürülən uşaqların qisası belə alınır(FOTO)

admin

“”Muğan-KİTT” MMC 12 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 AZN olan MMC-nin hüquqi ünvanı Muğan ŞTQ (Şəhər Tipli Qəsəbə)

admin