18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
MANŞET

Xocavənddə ard-arda partlayışlar və şiddətli ATIŞMA: Ermənilər İTKİ VERDİ – ölü və yaralılar var

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib”.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb:

“Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.

İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.

Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, Ermənistanın ombudsmanı Arman Tatoyan bir neçə dəqiqə öncə Xocavənd rayonunun Yenikənd ərazisi yaxınlığında 2 erməninin öldürüldüyünü və 6 nəfərin də yaralı olduğunu təsdiq edib. O bildirir ki, şiddətli atışmalar davam edir.

“Hazırda dəqiq bilinən odur ki, döyüşlər Əsgəran qalası yaxınlığındakı postlarımız istiqamətində gedir. Təcili yardım maşınları yaralıları xəstəxanaya çatdırır”.

“Caliber.az” da bildirir ki, ermənilərin ölməsinə və yaralanmasına səbəb öz aralarında baş verən insidentdir. Azərbaycan bu hadisəyə sadəcə müşahidəçi olaraq qalıb.

YENİLƏNDİ: 00:40

GUNinfo.az bildirir ki, düşmənin postlarından birində əl qumbaralarının işə düşməsindən güclü partlayışlar olub. Bundan sonra ermənilərin arasında şiddətli atışma başlayıb.

Azərbaycan MN-dən bildirilib ki, əsgərlərimiz baş verənləri sadəcə müşahidə ediblər.

Postdakı ermənilər arasında atışmada 3 erməni həlak olub, 9 erməni isə ağır yaralanıb.

Postun yanına təcili 7 sanitar maşın göndərilib. Xankəndindəki hospitala aparılmış banderloqlar arasında 3 erməninin vəziyyəti çox ağırdır.

 

Bənzər yazılar

SON DƏQİQƏ! Hər kəsin gözlədiyi Türk ordusu artıq Qarabağda: Müdafiə nazirliyi məlumat yaydı

admin

Vilayət Eyvazov bu Polis idarəsinin 30-dan çox rütbəli şəxslərini işdən çıxardı – SON DƏQİQƏ

admin

5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi – “Media İmperator”u oliqarx generalın erməni sevgisi – 1-ci yazı

admin

TƏCİLİ!Meşədə gizlənən təxribatçı ermənilərin XAİN PLANI- Yeni hərbi münaqişə(VİDEO)

admin

Prezident mətbuatla bağlı sərəncam imzaladı – 1 ay vaxt verildi

admin

SON DƏQİQƏ! Silahlı Qüvvələrin YENİ Baş Qərargah Rəisi – HƏMİN GENERAL KİMDİR?

admin