19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
RƏSMİ

Ərdoğan: “Türkiyə-Gürcüstan-Azərbaycan fəaliyyət mexanizmi liderlər səviyyəsində canlandırılmalıdır”



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İraki Qaribaşvili arasında telefon danışığı olub.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, danışıqlarda Türkiyə-Gürcüstan münasibətləri, regional məsələlər diqqət mərkəzində olub. İraki Qaribaşvili Türkiyədəki meşə yanğınlarından təəssüfləndiyini bildirib. Ərdoğan isə öz növbəsində yanğına qarşı mübarizədə dəstəyə görə Qaribaşviliyə təşəkkür edib.

Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bu günlərdə daha da genişləndiyini qeyd edən Ərdoğan Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüyünü vurğulayıb.

Regional nəqliyyat, elektrik xətlərinin səmərəliliyini və təhlükəsizliyini təmin etmək üçün birgə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayan Ərdoğan nazirlər və deputatlar tərəfindən uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.

Bənzər yazılar

Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldı

admin

SON DƏQİQƏ! Baş nazir təcili əhaliyə müraciət etdi – VİDEO

admin

SON DƏQİQƏ! Əli Əsədov qərar imzaladı: CƏRİMƏLƏR ARTIRILDI

admin

DTX və DİN Ağdamda əməliyyat keçirdi – RƏSMİ

admin

SON DƏQİQƏ! Ramin Bayramlını o, əvəz etdi: Yeni TƏBİB sədri KİMDİR?-DOSYE (FOTO)

Fikrət Fərhadoğlu

Prezident mühüm sərəncam imzaladı – RƏSMİ

admin