31 C
BAKI
21 İyun 2021
Guninfo.az
Image default
RƏSMİ

SON DƏQİQƏ! Azərbaycanda minlərlə təhsil işçisi vaksinasiyadan İMTİNA ETDİ – SƏBƏB

“Növbəti tədris ilində ənənəvi təhsilə qayıtmağın tərəfdarıyıq. Gündəlik vaksinasiya sayı kifayət qədər yüksəkdir”.

GUNinfo.az  “Report”a istinadən xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, 80 % təhsilalan və təhsilverən vaksinasiyadan keçibsə, yaxud immunitet formalaşıbsa, ənənəvi təhsilə qayıtmaq mümkün olar.

Nazir bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 38 185 təhsil işçisindən 24 502 nəfəri vaksinasiyadan keçib: “4620 nəfər koronavirusa yoluxduğuna görə peyvənd olunmayıb. İndiyədək 3 400 nəfər digər səbəblərdən, 3000-ə yaxın şəxs arayış gətirdiyinə görə vaksinasiya olunmayıb, 2500 nəfər isə imtina edib. Vaksin vurdurmayan insanların yoluxma riski yüksəkdir. Ona görə də çalışmaq lazımdır ki, tez bir zamanda peyvənd olunsunlar”.

Bənzər yazılar

Füzuli rayonunda taxıl biçini davam edir

admin

Vaşinqtondan Əliyevə niyə zəng edildi: Qarabağ, Zəngəzur və Türkiyə… – DETALLAR AÇILDI

admin

Qalmaqallı Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edildi – SON DƏQİQƏ

admin

SON DƏQİQƏ! DTX və DİN təcili Şuşada ƏMƏLİYYAT KEÇİRDİ +FOTO

admin

Türkiyə hərbçilərinin Qarabağda xidmət edəcəyi müddət açıqlandı – RƏSMİ

admin

Təhsil Nazirliyi 1 448 müəlliminin fəaliyyəti ilə bağlı qərar verdi

admin