13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
RƏSMİ

DTX təcili məlumat yaydı: Bu addımların qarşısı qətiyyətlə alınacaq

“27 sentyabr 2021-ci il tarixdə Vətən müharibəsi zamanı həlak olmuş vətəndaşlarımızın ruhuna ehtiram əlaməti olaraq respublikamızın şəhər və rayonlarında anım tədbirləri keçirilmişdir. Tədbirlərdə xalqımızın haqq savaşında canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi yad olunmuş, məzarları ziyarət edilib”.

GUNinfo.az  DTX-nin saytına istinadən xəbər verir ki, bir sıra hallarda bəzi şəxslərin Vətən müharibəsi şəhidlərinin anım mərasimlərindən məqsədyönlü şəkildə, radikal dini-ideoloji ayrı-seçkilik təbliğatı niyyəti ilə istifadə etməklə müxtəlif dövlətlərə qarşı dini, irqi zəmində düşmənçilik çağırışları edib tədbirlərin keçirildiyi yerlərdən videoçəkilişlər apararaq yaymaları, cəmiyyətin və dövlətin mənafelərinə ziyan vuran hərəkətlərə yol vermələri təsbit olunub.

“Qeyd olunan şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət olunaraq qanunazidd davranışlarının qarşısı alınıb, dini, irqi və ya digər mənsubiyyətindən asılı olaraq nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarının Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən qaydada məsuliyyətə səbəb olduğu barədə xəbərdar ediliblər.

Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə və təhlükəsizlik maraqlarına zidd davranışların qarşısı bundan sonra da qətiyyətlə alınacaq”, – məlumatda bildirilib.

Bənzər yazılar

Peyvənd vurduranlara 51 AZN mükafat: Virusa yoluxanlara isə maaş verilməyəcək – PREZİDENT ELAN ETDİ

admin

SON DƏQİQƏ! Ermənistan Basarkeçərdən Yellicəni ATƏŞƏ TUTDU – RƏSMİ

admin

“Bir dövlətin iqtisadiyyatı güclüdürsə,o yenilməzdir”

admin

SON DƏQİQƏ: işdən çıxarılan məşhur İCRA BAŞÇISI VƏFAT ETDİ – FOTO

admin

TƏCİLİ:Ordumuz hücumu daha da genişləndirdi, düşmənin bütün mövqeləri yarıldı – Xocavənd AZADlığa qovuşur

admin

5-ci kolon HƏRƏKƏTLƏNDİ! Qərərgaha çevrilən Ramiz Mehdiyevin kabinetində gizli toplantılara kimlər qatılır? – SİYAHI

admin