13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
RƏSMİ

erməni terroçuları tərəfindən vurulan bu hərbi qulluqçumuz şəhid oldu – Müdafiə Nazirliyi

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib.

Müdafiə nazirliyindən GUNinfo.az -a verilən məlumata görə,  Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilmişdir.

Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır. Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur.

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu  terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcəkdir.

Bənzər yazılar

Ermənilər üç istiqamətdə HÜCUMA KEÇDİ – Müdafiə Nazirliyi təcili məlumat yaydı

admin

Sabirabadda içməli su ÇİRKAB içindədir – VİDEO

admin

TƏCİLİ! Baş nazir Əli Əsədov bu qərarlara DƏYİŞİKLİK ETDİ – Bundan sonra…

admin

Qurtuluşumuzun, xilasımızın səbəbkarı Ulu Öndər Heydər Əliyevdir – Füzuli İH

admin

Müdafiə nazirliyi təcili məlumat yaydı – SON DƏQİQƏ

admin

SON DƏQİQƏ!Daxili işlər naziri istefa verdi – RƏSMİ

admin