31 C
BAKI
21 İyun 2021
Guninfo.az
Image default
RƏSMİ

İlham Əliyev çox MÜHÜM SƏRƏNCAM İMZALADI: Bu ödənişlər LƏĞV EDİLDİ

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

GUNinfo.az xəbər verir ki, sərəncama əsasən, orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

Bənzər yazılar

Bu şəxslərə BƏD XƏBƏR – Pensiyalar ləğv edildi, VERİLMƏYƏCƏK – DSMF təcili məlumat yaydı

admin

SON DƏQİQƏ: DİN terror təhlükəsi ilə bağlı əhaliyə təcili müraciət etdi

admin

Əhməd Əhmədzadə yüksək vəzifəyə təyin olundu

admin

SON DƏQİQƏ! Prezident onu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin etdi – SƏRƏNCAM

admin

RƏSMİ MƏLUMAT: Ermənistan ordusu Tovuzun və Füzulinin kəndləri istiqamətində…

admin

Türkiyə baş prokuroru Azərbaycana gəldi – VİDEO

admin