13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
RƏSMİ

İlham Əliyev Talış kəndi və Suqovuşanda Azərbaycan bayrağını ucaltdı

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb.
GUNinfo.az bildirir ki, Azərbaycan Prezidenti Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi və pravoslav kilsələrində olub.
Prezident İlham Əliyev “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını edib.
Azərbaycan Prezidenti Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub.
Dövlət başçısı rayon mərkəzində Ermənistan silahlı birləşmələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə baxıb.
Dövlətimizin başçısı Bərdə rayonuna gəlib. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin Bərdə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev Bərdə Peşə Liseyinin açılışında iştirak edib.
Səfərdən geniş reportaj oktyabrın 4-də təqdim olunacaq.

Bənzər yazılar

Rövnəq Abdullayev Azneft” İstehsalat Birliyinin bir qrup işçisi təltif etdi – TAM SİYAHI

Fikrət Fərhadoğlu

Prezidentin köməkçisindən Fransa Senatının qərəzli qərarı ilə bağlı AÇIQLAMA

admin

Prezidentin təyin etdiyi 4 səfir kimdir? – Rəis, konsul, müşavir…

admin

Ərdoğan: “Türkiyə-Gürcüstan-Azərbaycan fəaliyyət mexanizmi liderlər səviyyəsində canlandırılmalıdır”

admin

Prezident İlham Əliyevdən karantin rejimi ilə bağlı VACİB FƏRMAN – SON DƏQİQƏ

admin

SON DƏQİQƏ!Daxili işlər naziri istefa verdi – RƏSMİ

admin