21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
RƏSMİ

Nazir polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışın keçirib



Sentyabrın 10-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında və Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Kütləvi informasiya vasitələrində, o cümlədən Nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş iddiaçılardan daha hazırlıqlı olan 169 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Qeyd edək ki, onlardan 65 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən Müharibəsinin iştirakçıları olub.

Gənclər qarşısında çıxış edən general-polkovnik V.Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Azərbaycanlı gənclər öz vətənpərvərliklərini, qəhrəmanlıqlarını 44 günlük Vətən müharibəsində bir daha sübut etdi.

Nazir daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini artırmalarını, öz üzərlərində səylə çalışmalarını və vətəndaş məmnunluğunun təmininə layiqli töhfələrini vermələrini tövsiyə edib.

Bənzər yazılar

SON DƏQİQƏ! İlham Əliyev Vaqif Sadıqova daha bir YÜKSƏK VƏZİFƏ VERDİ

Fikrət Fərhadoğlu

SON DƏQİQƏ!Prezident Rəşad Məmmədova yüksək vəzifə verdi – SƏRƏNCAM

admin

Zelinksi ermənilərə qarşı sanksiya tətbiq etdi – FƏRMAN

admin

Prezident xanımı ilə “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir – VİDEO

admin

Vilayət Eyvazov kapitan Sadiq Əliyevə yüksək vəzifə verdi – YENİ TƏYİNAT

admin

Ermənistanın iki Su-25 təyyarəsi məhv edildi – SON DƏQİQƏ

admin