Guninfo.az
Image default
RƏSMİ

Prezident bu tibb işçilərin maaşlarını beş dəfəyədək artırdı – SƏRƏNCAM

Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb.

 

AZƏRTAC xəbər verir ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, Sərəncamla müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etsin, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etsin, Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Bənzər yazılar

“Səhər saatlarından axşam 20:00-dək…” – Həftəsonları ictimai nəqliyyat işləyəcək (AÇIQLAMA)

admin

Üç nazirliyə yeni səlahiyyət verildi – Prezidentən mühüm FƏRMAN

admin

XƏBƏR AZ ÖNCƏ GƏLDİ: Sərt karantin rejimi ləğv olundu?- RƏSMİ

admin

Prezidentdən Suqovuşan kəndi ilə bağlı QANUN

admin

Bu şəxslərə BƏD XƏBƏR – Pensiyalar ləğv edildi, VERİLMƏYƏCƏK – DSMF təcili məlumat yaydı

admin

SON DƏQİQƏ: Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTO

admin