10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
RƏSMİ

Prezidentdən vacib FƏRMAN – Yeni Mərkəz yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında fərman imzalayıb. 

GUNinfo.az xəbər verir ki, fərmanla Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”ni (bundan sonra – Mərkəz) on beş gün müddətində yaratmaq və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb:

Müəyyən edilsin ki, Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılmasını, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir.

3. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.1.1. Mərkəzin nizamnaməsinin və nizamnamə fondunun miqdarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilməsi, onların dəyişdirilməsi;

3.1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;

3.1.3. Mərkəzin strukturunun təsdiq edilməsi;

3.1.4. Mərkəzin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla yenidən təşkili və ləğv edilməsi;

3.2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:

4.1. Mərkəzin strukturunu və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla nizamnaməsini təsdiq etsin;

4.2. fəaliyyətinin təmin edilməsi məqsədilə Mərkəzin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görsün;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Bənzər yazılar

Vilayət Eyvazov Polis rəisi Mehdiyevi işdən azad etdi – SON DƏQİQƏ

admin

Patriot.az saytının 5 yaşı tamam olur

admin

SON DƏQİQƏ!Vilayət Eyvazov Çingiz Aslanovu rəis təyin etdi – YENİ TƏYİNAT

admin

Bakıda VİP style estetik, ASTHETİK LAB klinikasının fırıldağı İFŞA OLUNDU – VİDEO

admin

SON DƏQİQƏ: Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTO

admin

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

admin