17 C
BAKI
27 Sentyabr 2021
Guninfo.az
Image default
RƏSMİ

Prezidentin təyin etdiyi yeni gənclər və idman naziri kimdir? – DOSYE



Fərid Fazil oğlu Qayıbov Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilib.

GUNinfo.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Fərid Qayıbov 24 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub. O, 1995-сi ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olunub.

1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib.

2014-cü ildə P.F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.

2021-ci ildə XXIV MEMOS İcraçı magistr proqramına (İdman təşkilatının idarə olunması üzrə icraçı magistr) qəbul olunub. Proqram Beynəlxalq Olimpiya Komitəsi, “Olimpiya Həmrəyliyi” və Avropa Olimpiya Komitələri tərəfindən dəstəklənir.

2000-ci ildən 2001-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin anbarında işləyib. 2001-2003-cü illərdə ARDNŞ-nin “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin Planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışıb.

Evlidir, iki oğlu, bir qızı var.

2017-ci ilin dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Bənzər yazılar

Krediti olanlara ŞAD XƏBƏR – Mərkəzi Bankdan SON DƏQİQƏ AÇIQLAMASI

admin

Rəcəb Tayyib Ərdoğan sərt xəbərdarlıq: “Layiq olduqları cavabı alacaqlar”

admin

Heydər Əliyev Fondunun əməkdaşlarından Milli Orduya DƏSTƏK

admin

Türkiyənin səsdən sürətli yeni PUA-sı – “Göksunqur” : Dünya ŞOKDA

admin

Patriot.az saytının 5 yaşı tamam olur

admin

Baş Nazirdən şad xəbər: Rüsum ləğv edildi

admin