19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
RƏSMİ

Qanunda çox mühüm dəyişiklik:Azərbaycanda bu şəxslərə yüksək məbləğdə təqaüd veriləcək – RƏSMİ



“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilir.

GUNinfo.az xəbər  verir  ki, Bunu “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, təklif edilən dəyişikliyə əsasən, şəhid ailəsi statusunu almış ailənin üzvlərinə mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qayda və məbləğdə müavinət verilməsi ilə bağlı müddəa sənəddən çıxarılır.

Qeyd edək ki, qanun layihəsi “Sosial müavinətlər haqqında” 2020-ci il 29 dekabr tarixli 241-VIQD nömrəli qanuna və Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1223 saylı Fərmanına əsasən hazırlanıb.

Həmin qanunvericilik aktlarına əsasən, şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan müavinət Azərbaycan Prezidentinin təqaüdü ilə birləşdirilib və təqaüdün məbləği 300 manatdan 500 manata çatdırılıb.

Şəhid ailəsi üzvləri üçün kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət təqaüdlə əvəz olunduğu üçün müvafiq dəyişiklik təklif olunur. Həmçinin mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatında olduqları üçün qanunda müvafiq dəyişiklik təklif olunur.

Bənzər yazılar

Vilayət Eyvazov Rəhim Həsənovu rəis təyin etdi – YENİ TƏYİNAT

admin

Ermənilər Arazdəyən və Basarkeçərdən atıcı silahlarla HƏRƏKƏTƏ KEÇDİ – MN TƏCİLİ MƏLUMAT YAYDI

admin

SON DƏQİQƏ!Daxili işlər naziri istefa verdi – RƏSMİ

admin

SON DƏQİQƏ! Vilayət Eyvazov təcili Kollegiya iclası keçirdi – GENERALLAR TOPLANDI

Fikrət Fərhadoğlu

Günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihə – Prezidentdən mühüm SƏRƏNCAM

admin

SON DƏQİQƏ: İlham Əliyev bu məhkəmə hakimləri ilə bağlı MÜHÜM SƏRƏNCAM İMZALADI

admin