13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
RƏSMİ

SON DƏQİQƏ: İlham Əliyev “Dövlət qulluğu haqqında” çox vacib FƏRMAN imzaladı

Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli, “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” 2008-ci il 20 iyun tarixli 776 nömrəli, “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli, “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli və “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 671-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 21 iyun tarixli 1478 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

GUNinfo.az  xəbər verir ki, fərmanda deyilir:

“Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti ilə bağlı tədbirlər və “Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli 874 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

 

1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518; 2018, № 2, maddə 170, № 11, maddə 2249; 2019, № 1, maddə 75, № 8, maddə 1403; 2020, № 1, maddə 7, № 7, maddə 871, № 11, maddə 1348, № 12 (I kitab), maddə 1480; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 1398 nömrəli və 9 avqust tarixli 1419 nömrəli fərmanları) 3.5-ci bəndində “Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti” sözləri “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 494; 2009, № 2, maddə 66, № 6, maddə 421; 2010, № 2, maddə 80, № 3, maddə 188, № 5, maddə 395, № 6, maddə 493; 2013, № 12, maddə 1507; 2015, № 11, maddə 1319, № 12, maddə 1469; 2017, № 4, maddə 558; 2018, № 5, maddə 960) ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın 2-ci hissəsində (hər iki halda) “Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində” sözləri “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 774, № 10, maddələr 855, 859; 2011, № 2, maddə 80; 2018, № 1, maddə 58, № 10, maddə 1986) 2.2-ci bəndində “Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti” sözləri “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1641; 2017, № 6, maddə 1098, № 12 (I kitab), maddə 2273; 2018, № 4, maddə 663, № 10, maddə 1987; 2019, № 4, maddə 612) ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7-1.0.2-ci yarımbəndində “Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti” sözləri “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti” sözləri ilə əvəz edilsin.

6. “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 671-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1478 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1094) 3-cü hissəsində “Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti” sözləri “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti” sözləri ilə əvəz edilsin.

Bənzər yazılar

Rövnəq Abdullayev Azneft” İstehsalat Birliyinin bir qrup işçisi təltif etdi – TAM SİYAHI

Fikrət Fərhadoğlu

SON DƏQİQIƏ:Daha 8 kənd işğaldan azad edildi – Prezident İlham Əliyev

admin

​ İlham Əliyev 7 SƏRƏNCAM, 1mühüm FƏRMAN İMZALADI -SON DƏQİQƏ

Fikrət Fərhadoğlu

Tehranda təcili brifinq: “Buna dözməyəcəyik…” – İran İlham Əliyevin sərt tənqidlərini cavablandırdı(AÇIQLAMA)

Fikrət Fərhadoğlu

Valideynlərə gecənin ŞAD XƏBƏRİ: Baş Nazir qərarı təsdiqlədi – SON DƏQİQƏ

admin

Son dəqiqə! Azərbaycanda karantin rejimi sərtləşdirildi – Yeni qərar

admin