19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
RƏSMİ

SON DƏQİQƏ: Müdafiə Nazirliyindən təcili xəbər- Saat 11:00-dək və 17:00-dan…



Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Azərbaycan Ordusunun şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə hərbi hissə və birləşmələrdə müvafiq tədbirlər həyata keçirilir.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, şəxsi heyətin istilik və günvurmadan qorunması məqsədilə günün nizam qaydalarına dəyişiklik edilərək, döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilir.

Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilir və açıq səma altında görülən xidməti işlərə cəlb olunmur. Əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlarda kondisionerlər quraşdırılıb.

 

Eyni zamanda hərbi hissələrdə sərin su duşları, əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.

Bənzər yazılar

Vilayət Eyvazov mayoru rəis müavini TƏYİNİN ETDİ

admin

İlham Əliyev çox MÜHÜM SƏRƏNCAM İMZALADI: Bu ödənişlər LƏĞV EDİLDİ

admin

“Ay sənin kişiliyinə tüpürüm, sən nə axmaq adamasan” – “Azərsu” ASC-nin prezidenti ilə bağlı ŞOK VİDEO

admin

SON DƏQIQƏ! Təhsil Nazirliyi təcili açıqlama yaydı: 22 maydan başlayaraq…

admin

SON DƏQİQƏ! Prezident onları vəzifəyə təyin etdi: Siyahıda görün kimlər var

admin

SON DƏQİQƏ!Vilayət Eyvazov polkovnikə yüksək vəzifə verdi – FOTO

admin