19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
RƏSMİ

SON DƏQİQƏ! Prezident sərəncam imzaladı: Bu şəxslərin maaşları artdı – RƏSMİ



Prezident İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.

GUNinfo.az xəbər verir ki, sərəncamda deyilir

1. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan hərbi qulluqçulara (bundan sonra – hərbi qulluqçular):

2.2. 2021-ci ildə hərbi qulluqçulara Azərbaycan Respublikası Prezidentinin əlavəsi “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.2.1.4-cü “Müdafiə və milli təhlükəsizlik sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi” yarımbəndində nəzərdə tutulmuş vəsaitin qalığı hesabına, növbəti illərdə isə dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir;

2.3. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçulara Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq ödənilir.

1.3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

2.4. Bu Sərəncam 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

Bənzər yazılar

İlham Əliyev və Mehriban Əliyeva müalicə olunan hərbçilərə baş çəkdilər – VİDEO

admin

SON DƏQİQƏ!Operativ Qərargah təcili MƏLUMAT YAYDI: Respublikamızın bütün rayonlarında həyata keçirilidi

admin

Azərbaycan-İran sərhədində silahlı çatışma – ÖLƏN VAR

admin

“SPACE”də növbəti SENSASİYA: Yeni rəhbər İSTEFA VERDİ

admin

SON DƏQİQƏ: Müzəffər Azərbaycan Ordusu Laçında – RƏSMİ

admin

​ İlham Əliyev 7 SƏRƏNCAM, 1mühüm FƏRMAN İMZALADI -SON DƏQİQƏ

Fikrət Fərhadoğlu