25 C
BAKI
02 Avqust 2021
Guninfo.az
Image default
RƏSMİ

SON DƏQİQƏ: Təhsil Nazirliyi VACİB məlumat yaydı – 3 ay…



Yay məktəbinin tətbiq edilməsi çox vacib və zəruri idi. Çünki pandemiya dövründə şagird və tələbələr tədris prosesindən xeyli kənarda qaldılar.

Bu sözləri GUNinfo.az -a təhsil eksperti Kamran Əsədov yay məktəbinin şagirdlər üçün faydalarından danışarkən deyib.

“Şagirdlər təkcə kompüter, planşet, telefon olmadığına görə təhsildən kənarda qalmayıblar. Eyni zamanda riyaziyyat, fizika, kimya kimi fənləri məsafədən tədris etmək, demək olar ki, mümkün deyil. Hesab edirəm ki, yay məktəblərində şagirdlərin iştirakı vacibdir. Əsas mahiyyət ondan ibarətdir ki, 1 il 4 ay ərzində keçirilməyən və ya zəif keçirilən, eyni zamanda şagirdlər tərəfindən mənimsənilməyən, zəif mənimsənilən mövzular həmin ikihəftəlik dərs müddətində hər gün məktəbə getməklə tədris olunacaq. Qeyd edim ki, burada yalnız 1-10-cu sinif şagirdləri iştirak edəcəklər”.

Ekspert bəzi valideynlərin yay məktəbindən imtina etməsi, o cümlədən yay məktəbi barədə valideynlər arasında müəyyən narahatlıqlar yaranması fikrinə də aydınlıq gətirib:

“Şagirdlərimizin bu vəziyyətdə yuxarı siniflərə keçmələri onlara ciddi problemlər yarada bilər. Orta təhsildə ən az dərs həftəsi Azərbaycanda tətbiq olunur. Dərs ilinin uzadılmasını normal qiymətləndirirəm. Çünki bu, bizim məktəblilərin yay tətili müddətini bir o qədər də qısaltmır. Konkret olaraq yenə də iki ay yarım məktəblilərin yay tətili qalır. Bu qərar şübhəsiz ki, dərslərə pandemiya dövrünün verdiyi fəsadlarla bağlıdır. İnsanlar narahatdır ki, iyun ayında havanın temperaturu 40 dərəcəyə qədər yüksəlir. Amma etiraf edək ki, bu vaxtı şagirdlər evdə olmurlar. Küçədə, məhəllədə oynayırlar. Digər tərəfdən, yay məktəbində cədvəlin səhər saatlarında olması şagirdlər üçün isti hava problemi yaratmır”.

Mənbə: axar.az

Bənzər yazılar

SON DƏQİQƏ: Təhsil Nazirliyi VACİB məlumat yayıb-İyunun 30-da… – RƏSMİ

admin

Prezident İlham Məmmədovu yüksək vəzifəyə təyin etdi – SƏRƏNCAM

admin

Qurtuluşumuzun, xilasımızın səbəbkarı Ulu Öndər Heydər Əliyevdir – Füzuli İH

admin

İqamətgaha gecə HUCUMU: Prezident və ailəsinə sui-qəsd – YARALILAR VAR (RƏSMİ)

admin

Təhsil Nazirliyindən “Arsak” toponimi açıqlaması

admin

Prokurorluqdan gecənin ŞOK ƏMƏLİYYATI: Rəhbər şəxslər və vəkillər HƏBS EDİLDİ – SON DƏQİQƏ

admin