17 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
RƏSMİ

TƏCİLİ!Səhiyyə Nazirliyi yeni qapanmanın ANONSUNU VERDİ – “Bu, nəyin təlaşıdır?”


Bunu Sfera.az-a açılamasında Səhiyyə Nazirliyinin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasına dair metodiki göstərişlərdə fərdi tədris və repetitor xidmətləri zamanı onlayn tədrisə üstünlük verilməsinin öz əksini tapmasına münasibət bildirərkən, təhsil eksperti Kamran Əsədov deyib:
Orta məktəblərdə 1,6 milyon şagird oxuyur. 16-30 iyun arası hətta yay məktəbləri fəaliyyət göstərir. Bu zaman onlar qapalı məkanda olsalar da qoruyucu maskadan istifadə etmir, amma özəl kurs və repetitor fəaliyyəti zamanı maskadan istifadə məcburidir. Orta məktəbdə müəllimin yanında azı 15 nəfər olur, amma repetitorun yanında cəmi 5 nəfər. Belədə hansı daha təhlükəlidir? Deməli, nazirliyin verdiyi bu qərar ziddiyyətlidir”.
Bununla yanaşı, ekspert bildirdi ki, nazirlik qərarda yer alan otaqların havalandırılması və kurslar arasında 15 dəqiqəlik ara məsafənin olması tələbində isə haqlıdır: “Ancaq bu tövsiyyədir. Qərar deyil”.
Repetitorluğun onlayn keçirilməsinə gəldikdə, K. Əsədov bir daha vurğuladı ki, texniki və təbiət fənlərinin onlayn tədrisi keyfiyyətli deyil: “Yalnız humanitar fənləri onlayn keçirmək olar. Bunu dekabrdakı milli qiymətləndirmə və apreldəki buraxılış imtahanları zamanı da gördük. Təbiət və texniki fənlərdən keyfiyyətli nəticə almaq üçün bu fənlər mütləq auditoriyalarda keçirilməlidir”. 

Həmsöhbətimiz Səhiyyə Nazirliyinə sual da ünvanladı: “Harada və hansı tədqiqatlara əsasən prosesin belə olmasını tövsiyyə ediblər? Bu nəyin təlaşıdır? Yenidən qapanmaların siqnalıdırmı?”

Bənzər yazılar

SON DƏQİQƏ!Prezident icra başçısını vəzifəsindən azad etdi

admin

Baş Nazir qərar verdi: Bu şəxslərə martın 31-dək pul veriləcək

admin

Mehriban Əliyeva: “Türkiyə xalqının kədəri bizim kədərimizdir” (FOTO)

admin

“”Muğan-KİTT” MMC 12 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 AZN olan MMC-nin hüquqi ünvanı Muğan ŞTQ (Şəhər Tipli Qəsəbə)

admin

Türkiyə hərbçilərinin Qarabağda xidmət edəcəyi müddət açıqlandı – RƏSMİ

admin

İlham Əliyev: “Müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik”

admin