13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
RƏSMİ

Təhzil Nazirliyindən onlayn qeydiyyatla bağlı AÇIQLAMA – TƏCİLİ XƏBƏR

Təhzil Nazirliyi yeni açıqlama yayıb.

GUNinfo.az  xəbər verir ki, açıqlamada bildirilir:

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin bir qisminin qeydiyyatdan keçmədiyi nəzərə alınaraq qeydiyyat prosesi 23 sentyabr günorta saat 12:00-dək uzadılıb.  Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada sentyabrın 7-dən 20-dək portal.edu.az platforması vasitəsilə aparılır.  Qəbul olunan abituriyentlərin bir qisminin qeydiyyatdan keçmədiyi nəzərə alınaraq qeydiyyat prosesi 23 sentyabr günorta saat 12:00-dək uzadılıb.

Qəbul olunan abituriyentlər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.  Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.  Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

 Məlumat üçün qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti sentyabrın 23-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti isə sentyabrın 24-dək davam edəcək.  Həm ali, həm də orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin nəzərinə çatdırırıq ki, qeydiyyatla bağlı alternativ qeydiyyat mərkəzlərinin sayı artırılmışdır. Ətraflı məlumat portal.edu.az saytında yerləşdirilmişdir.

Bənzər yazılar

Vaşinqtondan Əliyevə niyə zəng edildi: Qarabağ, Zəngəzur və Türkiyə… – DETALLAR AÇILDI

admin

“Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı” – Prezidentən sərt AÇIQLAMA

admin

“Bir dövlətin iqtisadiyyatı güclüdürsə,o yenilməzdir”

admin

SON DƏQİQƏ: Təhsil Nazirliyi məktəblərlə bağlı VACİB məlumat yayıb – Bu gündən… – RƏSMİ

admin

Tovuz təxribatının arxasında Fransa dayanır — YAP-dan ŞOK AÇIQLAMA

admin

Xarici İşlər nazirliyində XÜSUSİ ƏMƏLİYYAT – DTX -a nazirliyin vəzifəli şəxslərini qandalladı

admin