18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
RƏSMİ

Yoluxma sayı artır: Məktəblər bağlanacaq? – Təhsil Nazirliyindən təcili AÇIQLAMA

Ölkədə COVID-19 statistikasının son iki gününü müqayisə etsək yoluxanların sayında artım var. Belə ki, rəqəmlər 684-dən 712-yə qədər yüksəlib. Bu da ilk növbədə övladları ali və orta məktəblərdə təhsil alan valideynlərdə narahatlıq yaradıb.

Azərbaycanda təhsil sahəsində hər gün 2 milyon insan aktiv hərəkət edir. Sadəcə ibtidai siniflərdə 600 min şagird təhsil alır, üstəlik onlarla birlikdə məktəbə valideynlər də gəlir. Bu rəqəmin iki dəfə artması deməkdir. Buna görə də bu say yoluxmaya ciddi şəkildə təsir göstərə bilər.

Bəs görəsən bu artım Ali və orta təhsil müəssisələrinin fəaliyyətini də məhdudlaşdıra bilərmi?

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən təhsil eksperti Kamran Əsədov hazırda məktəblərin bağlanmasının müzakirə mövzusu belə olmadığını deyib:

“Təbii ki, sağlamlıq vacibdir. Amma yoluxma sayının artması məktəblərin bağlanmasına gətirib çıxara bilməz. Biz ötən il ilə müqayisəni aparsaq, yoluxma sayı bu həddə çatanda narahat olurduq və tədrisin dayanması haqqında qərarlar verilirdi. İndi isə ölkədə insanların böyük əksəriyyəti vaksin olunub. Eyni zamanda təhsil sahəsində çalışanların da 95%-i peyvənd olunub. Onlar arasında immunitet sertifikatı olanlar da var. Bütün bu rəqəmlərin hər biri təlim-tədris prosesinin dayandırlması ehtimalını sıfıra endirir. Təhsil müəssisələrinin açıq olması yoluxma sayını nəzarətdə saxlamağa imkan verir, çünki hər gün onlar yolxalanılır. Xəstəliyin əlamətləri olan şəxslər təcrid olunur”.

Təhsil eksperti Kamran Əsədov təhsil sahəsində yoluxanların statistikasının hazırda açıqlanmaması məsələsinə də aydınlıq gətirib:

“Hər il bu statistika Təhsil Nazirliyinə Operativ Qərargah yaxud da rayonlar üzrə epidemioloji idarə tərəfindən təqdim edilirdi. Hazırda təqdimat olmadığına görə Təhsil Nazirliyi də statistikanı açıqlamır”.

Mövzu ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla da əlaqə saxladıq. O, yoluxma sayında artımın 3 ya da 4 gün davam edəcəyi təqdirdə Ali və orta təhsil müəssisələrində təlim-tədris prosesesinin dayandırılması haqqında müzakirələr aparılacağını bildirib:

“Koronavirusa yoluxma sayında artım olan zaman təhlil aparılır və tədrisin davam edib-etməyəcəyi ilə bağlı qərar qəbul edilir. Bir günlük statiskaya əsasən təhlil aparılmır”.

Bənzər yazılar

SON DƏQİQƏ! Zakir Həsənov Kəlbəcərə getdi : Orduya tapşırıq verildi

admin

İlham Əliyev Talış kəndi və Suqovuşanda Azərbaycan bayrağını ucaltdı

Fikrət Fərhadoğlu

SON DƏQİQƏ: Məcburi köçkünlərlə bağlı MÜHÜM QƏRAR LƏĞV EDİLDİ – BUNDAN SONRA…

admin

“Makronun Qarabağda Ankara və Kremlə qurmaq istədiyi TƏLƏ…” – ŞOK MÜSAHİBƏ

admin

XƏBƏR AZ ÖNCƏ GƏLDİ: Sərt karantin rejimi ləğv olundu?- RƏSMİ

admin

Ölənlərin sayı yarım MİLYONU ÖTDÜ – Dünya ÇALXALANIR

admin