31 C
BAKI
21 İyun 2021
Guninfo.az
Image default
SEÇMƏ

ƏLBƏYAXA DAVA: Azərbaycanda “müharibə əlili” həkimi döydü – ANBAAN VİDEO

GUNinfo.az bildirir ki, nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, əlillik təyinatı sisteminin şəffaflaşdırılması tədbirləri davam etdirilir. Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar saxta əlillik təyinatları aşkara çıxarılaraq ləğv edilir, saxta “müharibə əlili” statusu adı altında müharibə əlillərinin haqqına girənlərin qeyri-qanuni sosial ödənişlər almasının qarşısı alınır.

Bu məqsədlə aidiyyəti qurumların və qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı ilə əyani müayinələr (videoçəkilişləri də aparılmaqla) keçirilir.
Son əyani müayinələrin birində Ş.Mustafayevin 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının onun barəsində rəsmiləşdirdiyi göndərişdəki diaqnoz (“kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya” və s.) təsdiqini tapmayıb. Ümumiyyətlə onun sağlamlıq durumunda heç bir əlillik əlaməti olmadığı və beş il əvvəl “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ona aparılmış ikinci dərəcə əlillik təyinatının da saxta olduğu müəyyən edilib.
Müayinə zamanı Ş.Mustafayev gözlənilmədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qadın həkim-ekspertinə hücüm edərək onu yumruq zərbələri ilə döyməyə başlayıb və nalayiq ifadələr işlədib. (video linkdə)
Ötən dövrdə saxta, “müharibə əlili” statusu adı altında, haqqı çatmadan dövlətdən pensiya və təqaüd formasında hər ay 1300 manatdan yuxarı sosial ödəniş alan Ş.Mustafayevin hərəkətinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə müraciət olunub.

Bənzər yazılar

Şirvan İcra başçısı müavini Məharət Mustafayevin oğlundan gənc ailəyə qarşı iyrənc hərəkət – Prezidentə müraciət(VİDEOMÜSAHİBƏ)

admin

Ordumuz düşmən tanklarını Albertin “yəhudi buterbrodu” taktikası ilə vurur – VİDEO

admin

Erməni xalqı AYAĞA QALXDI: əsgər meyitləri ilə qalaqlanan qəbiristanlıqda etiraz aksiyası – VİDEO

admin

Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi kimi qalacaq!

admin

Azərbaycanda qaz borusu partladı – yaralılar var

admin

YARDIMLI rayon icra başçısı yanında ŞURA ÜZVLƏRİNİN SƏRİŞTƏSİZ SİMALARI – Yerli əhali və prezident belə aldadılır? – FOTOFAKT

admin