21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
SEÇMƏ

ABŞ prezidenti Co Baydenin 6 aylıq performansı: Trampın YERİ GÖRÜNMÜR – TƏHLİL


Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

ABŞ prezidenti Co Baydenin and içərək prezident olduğu vaxtdan düz 6 ay keçir. Mən də istədim sizin üçün Baydenin bu yarım ildəki daxili və xarici siyasətinin fundamental tərəflərini analiz edim.

Əvvəlcə vurğulayım ki, Baydenin həm daxili, həm də xarici siyasət prioritetləri sələfi Trampdan fərqlənir. Məsələn, Tramp zamanında ABŞ ictimaiyyəti xeyli qütbləşmişdi. Bayden isə hələ seçki kampaniyasında cəmiyyətdəki qütbləşməyə qarşı olduğunu bildirirdi. Bayden daxili siyasətdə koronavirus pandemiyasına qarşı ciddi mübarizəni təşkil edə bildi. Məsələn, peyvəndə qarşı dəstək kampaniyaları, pandemiyada ən çox zərər görən insanlara yardım paketləri ciddi uğurlar idi. Bundan başqa, qaradərili amerikalıların “Qara həyatlar qiymətlidir” (Black lives matter) hərəkatına sahib çıxan Bayden cəmiyyətdə öz müsbət imicini formalaşdırdı. Fərz edirəm ki, COVİD-19-a qarşı Baydenin performansı Trampa görə uğurlu alındı. Hətta deyərdim ki, Trampın koronavirusa qarşı qeyri-ciddi münasibəti Baydenin işinə yaradı.

Bayden ölkəsinin Yaxın Şərqdəki proseslərdə aktiv olmasına isti yanaşmır.

ABŞ əsgərlərinin Əfqanıstandan geri çəkilməsi, husilərə qarşı Səudiyyə Ərəbistanına əvvəlki kimi dəstək verməməsini də görə bilərik. Hətta Bayden husilərin Ənsərullah təşkilatını terror qrupları arasından çıxardı. Göründüyü kimi, Bayden ABŞ-ın Yaxın Şərqdəki ekspansiya siyasətinə pozitiv yanaşmır. Əlbəttə, İsrail faktoru və bu ölkənin təhlükəsizliyi ABŞ dövləti üçün müstəsnadır. Düşünürəm ki, ABŞ Əfqanıstandan çəkilməklə, bundan sonra Çin və İrana konsentrasiya olacaq. Baydenin Çin siyasəti isə Trampdan fərqli olmayacaq. Hazırda ABŞ hökuməti Çin ilə strateji danışıqlara başlamağı rədd edir. Yadınızdadırsa, Tramp Çinə qarşı bəzi sanksiyalar tətbiq etmişdi. Lakin Bayden bu sanksiyaların heç birini ləğv etmədi. Əl qərəz, Tramp kimi Bayden də Çinə qarşı “acımasız” olacaq. Çünki bu, bir dövlət siyasətidir. Bayden Trampdan fərqli olaraq Rusiyanı və Putinin siyasətini tənqid edir. Belə görünür ki, Bayden zamanında Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq oluna bilər. Hələ ki, ABŞ və Rusiya arasında imzalanan yeganə müqavilə strateji silahların azaldılması haqqında razılaşmadır. Bayden Putinə qarşı diqqətli olmağa çalışır. O, bir tərəfdən Rusiyanın ABŞ-dakı seçkilərə kiber hücumlarını bağışlamır, digər tərəfdən də Cenevrədə Putinlə görüşür.

Tramp zamanında ABŞ və Avropa İttifaqı arasında münasibətlər gərgin idi.

Bayden isə Avroatlantik sistemin qorunmasından yanadır. Tramp Almaniya və Rusiya arasındakı “Şimal Axını-2” layihəsinə qarşı idisə, Bayden keçən həftə Vaşinqtonda Almaniya kansleri Merkellə görüşdə məlum proyektə yaşıl işıq yandırdı. Tramp Paris İqlim Müqaviləsindən çıxmışdı. Bayden adminstrasiyası yenidən həm bu müqaviləyə, həm də ÜST-ə geri döndü.

Siyasi ekspert,beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

GUNinfo.az

Bənzər yazılar

ŞUŞADA ƏSGƏRİMİZ ŞƏHİD OLDU – SON DƏQİQƏ (Foto)

admin

Dərslər nə vaxt başlayacaq? – Təhsil Nazirliyindən açıqlama

admin

“Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin 1 illik hesabatı – VİDEO/FOTOLAR

admin

“O sənli günlərim, sənli anlarım, qəm dolu kədərdə asılı qalıb” – Zəminə Məmmədova

admin

Prezident İlham Əliyev onun haqqında uydurulan mifi belə darmadağın etdi

admin

Mehriban Əliyeva ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan qadınının fədakar, humanist obrazını dünyaya nümayiş etdirir!

admin