16 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
SEÇMƏ

Azərbaycan dövləti daim əhalinin sağlamlığını düşünür



Azərbaycanda pandemiya ilə ilk gündən aparılan sistemli mübarizə öz bəhrəsini verməkdədir. Bütün dünyanın bir nömrəli bəlasına çevrilmiş koronavirus infeksiyası ilə ölkəmiz ilk günlərdən effektiv mübarizə apardı, müvafiq dövlət strukturları ilə koordinasiyalı şəkildə tədbirlər həyata keçirildi.

Ölkəmizə COVID-19 əleyhinə keyfiyyətli və təhlükəsiz vaksinlərin vaxtında gətirilməsi Azərbaycan dövlətinin pandemiya ilə ümumi mübarizə strategiyasının əsas tərkib hissəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycanın immunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmişdir. Mövcud pandemiya şəraitində bu istiqamətdə dövlət tərəfindən reallaşan zəruri tədbirlər yüksək effektivliklə həyata keçirilir. Bunlardan biri də əhali arasında planlı vaksinasiyanın aparılmasıdır ki, bu da “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın qəbul edilməsindən sonra daha mütəşəkkil formada həyata keçirilir.

Bu strategiya özündə yalnız dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya tədbirlərini əhatə edir. Azərbaycan dövləti hər zaman olduğu kimi, ölkədə pandemiya ilə mübarizə tədbirlərinin həyata keçirilməsi məsələsində də ilk növbədə ümummilli maraqlardan çıxış edib və yaranmış vəziyyətdə insan sağlamlığı faktoru əsas prioritet elan olunub.

Dünyada pandemiya ilə bağlı gedən proseslərin müşahidəsi göstərdi ki, zamanında Azərbaycanda xüsusi karantin rejiminin yaradılması, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi dünya ölkələrində olan faciəvi sonluqların ölkəmizdə yaşanmasının qarşısını aldı. Hətta pandemiyaya qədər dünyada qabaqcıl səhiyyə sisteminə malik olduğu hesab edilən bir çox ölkələr çətin durumda qaldığı, tibbi ləvazimat, xəstəxanalarda yer çatışmazlığı, xəstələr arasında çoxsaylı ölüm halları fəlakət həddinə çatdığı vaxtlarda, Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə koronavirusla mübarizə məqsədilə bir çox modul tipli xəstəxanalar inşa edildi ki, onların da istifadəyə verilməsi ölkə üzrə ümumilikdə xəstəxanalarda çarpayı ehtiyatını artırmağa əhəmiyyətli kömək oldu. Möhtərəm Prezidentimiz hələ 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda demişdir: “Bizim üçün prioritet məsələ, – mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, – insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.”

Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu.

Ölkəmizdə koronavirusla mübarizə tədbirlərinin ən yüksək səviyyədə aparılmasına baxmayaraq özümüzün və yaxınlarımızın həyat və sağlamlıqlarını ən təminatlı şəkildə qorumaq üçün peyvənd olunmaq mütləq lazımdır. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz və ən effektiv vasitədir. İnsanın immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün

xəstəliyə yoluxma zaman qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Bütün klinik yoxlamalar 10 minlərlə insana tətbiqi zamanı bəzi hallarda yalnız zəif allergik reaksiya ilə nəticələnmişdir. Nəzərə almaq lazımdır ki, yalnız artıq bir dəfə bu xəstəliyə yoluxmuş və bir də peyvənd olunmuş insanlarda lazım olan immunitet yaranır. Əks halda isə hətta gənc və tam sağlam insanlar da xəstələnə və ən pis halda həyatını itirə bilər.

Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur.

Arzuman Ağasiyev,

Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimi

Bənzər yazılar

ÖLKƏ ŞOKDA! Atası azərbaycanlı, anası erməni general HƏBS EDİLİR – İnanılmaz FAKTLAR ÜZƏ ÇIXDI (FOTO

admin

Fazil Məmmədovun kölgədə saxladığı milyardlar – Sabiq nazirdə həbs olunur – ŞOK DETALLAR

admin

Baş prokurorluq Nərimanov icra başçısının QARA KASSASIN axtarışa verdi – Abdin Fərzəliyevin adı cinayət işində?

admin

“Alça ağacı altındakı məzar”: 23 iyul saat 21:30-da İctimai Televiziyada – VİDEO

admin

Salyan icra hakimiyyəti ittihamlara cavab verdi

Fikrət Fərhadoğlu

TARİXİ ANLAŞMA: Türkiyə bu ərazinin bir hissəsini Rusiyaya verir, ƏVƏZİNDƏ…

Fikrət Fərhadoğlu