17 C
BAKI
27 Sentyabr 2021
Guninfo.az
Image default
SEÇMƏ

Azərbaycan xalqı pandemiya ilə mübarizədə də, Vətən müharibəsində də “Biz birlikdə güclüyük!” düşüncəsi ilə qalib oldu



İki ilə yaxındır ki, bütün dünya qlobal bəlaya çevrilmiş yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizəyə səfərbər olub. Qeyd etmək lazımdır ki, ölkəmizdə bu virusa ilk yoluxma halı qeyd olunan andan, yəni ötən ilin fevral ayından COVİD-19-a qarşı effektiv və təxirəsalınmaz tədbirlər görülməkdədir. Dövlətimiz xüsusi Tədbirlər Planı həyata keçirməklə istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll etdi.

Qısa zamanda COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibbi avadanlıq və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirildi. Paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradıldı. Virusa qarşı mübarizədə əsas xətti məhz insanların sağlamlıqlarının qorunması təşkil etdi. Prezident İlham Əliyev hər zaman çıxaşlarında bildirirdi ki, bizim üçün prioritet məsələ, insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.” Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi. Bununla yanaşı, pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar həm də Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın qəbulu isə Azərbaycan dövlətinin əhalinin sağlamlığını düşündüyünü bir daha təsdiqləyir. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.

Bir nüansı unutmamalıyıq ik, sağlam və firavan gələcək məhz öz əlimizdədir. Əhalidə kütləvi immunitet xəstəliyə yoluxub sağalanlar və vaksin etdirənlər hesabına yaranır. Hazırda ölkəmizdə 2,9 milyon vaksinasiya olunan,

330 min nəfər isə xəstəliyə yoluxub sağalan şəxs vardır. Yalnız ölkə əhalisinin 70-80 faizdən çoxunda kütləvi immunitetin yaranması epidemioloji sabitlik yarada bilər. Azərbaycan xalqı pandemiya ilə mübarizədə də, Vətən müharibəsində də “Biz birlikdə güclüyük!” düşüncəsi ilə qalib oldu. İnanırıq ki, vaksinasiya prosesində də bu belə olacaqdır.

Aytəkin Əhmədova,

Səhiyyə işçiləri həmkarlar ittifaqı Salyan rayon komitəsinin sədri

Bənzər yazılar

“Qarabağda böyük iqtisadi layihələr icra olunacaq” – Kürçaylı Məmmədov

admin

TƏCİLİ XƏBƏR! – Azərbaycanda 4 telekanal qəfələtən qapatıldı – SİYAHI

admin

Gecə saatlarında öldürülən kişinin qatili arvadı çıxdı – BAKIDA ŞOK CİNAYƏT

admin

Ələt Azad İqtisadi Zonasının yaradılması ideyası və məqsədi – TƏFƏRRÜAT

admin

Zəngəzurda yeni hərbi hissə yaradıldı, manyak və narkobaron komandir oldu

admin

Deputat: “Onlar Azərbaycan xalqının bir nömrəli düşmənləridirlər” – MÜSAHİBƏ

admin