16 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
SEÇMƏ

Azərbaycanımızın rəsmi bayramlarından biri – Qurban Bayramı



Azərbaycan müasir dünyanın bir parçası olsa da eyni zamanda milli mənəvi dəyərlərə, qədim adət-ənənlərə və insanların dini inanclarına sadiq bir dövlətdir. Bütün dini etiqadlara hörmət prinsipinə əsaslanan idarəetmə sisteminə malik, çoxmillətli vətəndaşlara sahib olan ölkəmiz, Cənubi Qafqazın ən tolerant İslam dövlətidir. İslamın inkişafına misilsiz töhfələr verən dövlətimiz islam sivilizasiyasına mənsub olmaqla yanaşı, özündə ümumbəşəri, sivil, dünyəvi, tolerant və multikultural dəyərləri yaşadır. Bu baxımdan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, vətəndaş cəmiyyətinin bərqərar olunması istiqamətində inamla addımlayan Azərbaycan, islam dünyasında özünəməxsusluğu ilə fərqlənir.

Artıq illərdir ki, İslam dininə məxsus bayramlardan biri olan Qurban bayramı rəsmi dövlət bayramı kimi qeyd olunur. Çünki bu bayram heç zaman unudulmayan mənəvi mirasdır. Hansı ki, Azərbaycan xalqı düz 70 ilə bu mirası gizlin saxlamaq və qeyd etmək məcburiyyətində qalmışdır. Lakin bu gün Azərbaycan nəinki müstəqildir, eyni zamanda öz sözünü deyən, regionun ən qüdrətli dövlətlərindən biridir. Azərbaycan vətəndaşlarının əksəriyəti müsəlman dininə məxsus İslam ölkəsi olsa da, burada bütün dini etiqadlara hörmətlə yanaşılır və bütün dinlərin nümayəndələri heç bir dini ayrı seçkilik olmadan, mehribanlıqla birlikdə yaşamaqdadırlar.

Fikrimcə, Azərbaycan xalqının vətənpərvərlik hissinin güclü olmasında, həmrəyliyində İslam dinin rolu əvəzsizdir. Çünki İslamda buyrulduğu kimi Azərbaycanın igid oğulları öz torpaqlarının, vətənlərinin hər qarışı üçün canlarını, qanlarını qurban verərək, Şəhidlik zirvəsinə ucladılar.

Qeyd olunan dini bayramlar münasibətilə xalqı təbrik etmək və onlara xoş günlər arzulamaq Ulu Öndər, Ümumilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş dəyərli bir ənənəyə çevrilmişdir. Ulu Öndər müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirər, onlarla birgə bütün Azərbaycan xalqına öz diləklərini çatdırardı. Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etmişdir.

Təbrik çıxışlarının birində Ümumilli Lider: “İnanıram ki, bu müqəddəs bayram günlərində böyük xalqın bəxş etdiyi nemətlərə görə minnətdarlığınızı bildirməklə yanaşı, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi, xalqımızın xoşbəxt həyata qovuşmasını diləyirsiniz. Əminəm ki, arzu və diləkləriniz Allahın köməyi və xalqımızın qeyrəti ilə həyata keçəcəkdir. Xalqımızın haqq işi qalib gələcəkdir. Şəhid balalarımızın ruhlarının şad olacağı gün – Vətən torpağının mənfur düşmən tapdağından tamamilə azad ediləcəyi və taleyinə qaçqınlıq, köçkünlük düşmüş həmvətənlərimizin öz doğma yerlərinə qayıdacaqları gün uzaqda deyildir. Azərbaycan-Ermənistan münaqişəsinin dinc yolla həlli uğrunda apardığımız ardıcıl siyasət və tutduğumuz qətiyyətli mövqe, gənc ordumuzun günü-gündən artan döyüş qüdrəti bu inam üçün möhkəm zəmindir”

Bəli! Həmin qətiyyətli mövqenin, həyata keçirilən müdrik siyasətin ən uca nöqtəsi Azərbaycan xalqının öz torpaqlarını geri qaytarması, düşmən üzərində çaldığı qələbə oldu. O qələbə ki, birlikdən doğan gücün tarixin qəhrəmanlıq səhifəsinə yazılan əksi idi.

Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi.

Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.

 

Polad İdman Klubunun direktoru-Ruslan Rzayev

Bənzər yazılar

Erməni casus belə ələ keçirildi: FTX əməliyyat çəkilişini yayıb(TAM VİDEO)

admin

SOS!Azərbaycanın bu məşhur məktəbində koronavirusa KÜTLƏVİ YOLUXMA – rəsmi

admin

Bakı və Abşeronda yaşayanların DİQQƏTİNƏ: Bu sənədsiz evlərə “kupça” verilməyəcək – AÇIQLAMA

Fikrət Fərhadoğlu

İngilisdilli talibançı Ağstafanın icra başçısından NƏ İLƏ FƏRQLƏNİR? – TƏHLİL

admin

Daxili işlər naziri Vilayət Eyvazov üçün özəl gün

admin

Qarabağda sülh və barışın BƏRDƏARXASI – siyasi təhlil

admin