17 C
BAKI
27 Sentyabr 2021
Guninfo.az
Image default
SEÇMƏ

Cəlilabadın Babalı kənd məktəb stadionu satışa çıxarıldı – FOTOLAR


Cəlilabad rayonunda ümumtəhsil müəssisəsinin idman meydançası satışa çıxarılıb. 
GUNinfo.az bildirir ki, bu barədə redaksiyamıza satışa çıxarılan stadionun yerləşdiyi Babalı kəndinin sakinləri məlumat veriblər.
Bildirilib ki, 2006-cı ildən Babalı kənd tam orta məktəbi üçün ayrılmış idman meydançası hazırda satılır.
Qeyd olunub ki, əvvəllər ərazisi daha geniş olan stadionun bir hissəsi müəyyən zamanlarda satılıb və hazırda təhsil müəssisəsinin həyətində yerləşən stadionin ərazisi 0,22 ha-dır.
Amma buna baxmayaraq, məktəbin həyəti naməlum vəzifəli şəxslər tərəfindən satışa çıxarılıb. Sakinlər isə buna etiraz olaraq, ərazinin təhsil ocağına aid olduğunu və orada şagirdlərə fiziki tərbiyə ilə bağlı dərslərin tədris edildiyini bildirirlər.
Sakinlərin sözlərinə görə, həmin ərazi kənd salınandan və kənddə ilk məskunlaşmalar yaranandan bəri idman meydançası kimi fəaliyyət göstərib. Bildirilir ki, sonradan 2006-cı ildə kənddə tam orta məktəb inşa olunub istifadəyə verildikdə stadion da məktəbin balansına keçirilib. Bununla da məktəbin uşaqlarına orada fiziki tərbiyə və müxtəlif idman dərsləri tədris olunur.
Amma sakinlərin etirazına məhəl qoymayan vəzifəli şəxslər isə satışa çıxarılan torpaq sahəsinə müştəri axtarmaqda davam edir.
Məlumatda bildirilir ki, artıq həmin ərazinin məktəbin balansından çıxarılması üçün saxta yolla qeyri-qanuni sənədləşdirmə işləri həyata keçirilib. Beləliklə, saxta sənəd əsasında məktəbin stadionunun kənd bələdiyyəsinin istifadəsinə verilməsi planlaşdırılır.

Bənzər yazılar

Ali Məhkəməyə yeni hakimlər təyin olunur – SİYAHI

admin

DTX-nin həbs etdiyi eks-rəis 4 milyon zərəri ödədi (VİDEO)

admin

Azərbaycanda qaz borusu partladı – yaralılar var

admin

Hikmət Hacıyev: “5 bölgəyə 229 mərmi atılıb”

admin

Peşəkar jurnalistikanın FORMALAŞMASI – MÜSTƏQİL DÖVLƏTİN AZAD MƏTBUATI

admin

Ümumdünya səhiyyə təşkilatı İlham Əliyevi dəstəklədi

admin