25 C
BAKI
02 Avqust 2021
Guninfo.az
Image default
SEÇMƏ

Çini dünya hegemonluğuna aparan “BORC TƏLƏSİ”: Gələcəyə planlanan AFRİKA SİYASƏTİ NƏDİR? – TƏHLİL



Qərb ölkələri yavaş-yavaş Afrikanı tərk edir. Yaranmış boşluğu isə Çin doldurmaqdadır. Belə ki, Çin kontinental Afrikada fəaliyyət sferasını artırır və bu coğrafiyanı inşa etmək istədiyi ticarət yolları üçün strateji olaraq əhəmiyyətli hesab edir.

  1. Çinin Afrikada cari və gələcəyə hesablanmış strategiyası nədir?
  2. Çinin Afrikadakı hədəfləri nədir?
  3. Sosialist Çinin Afrikada əsas fəaliyyət sahələri hansılardır?

Mən çalışacam ki, bu suallara maksimum cavab verməyə çalışım…

Əvvala, Afrika qitəsi yeraltı sərvətlərinin zənginliyinə görə həmişə böyük dövlətlərin diqqətini cəlb edib. Hətta BVF-nin hesablamalarına görə, Afrika dünyanın ikinci ən sürətli böyüyən regionudur. Hazırda Afrikada 1,1 milyard əhali yaşayır və bu rəqəmin 2050-ci ildə 2,2 milyard olacağı gözlənilir.

Yeri gəlmişkən, Afrikada Çin, Rusiya, ABŞ və Fransa arasında ciddi rəqabət müşahidə olunur. Afrika iqtisadi olaraq inkişaf etməsinə rəğmən, hələ də infrastruktur problemləri yaşayır. Qitədə infrastruktur layihələrinin inkişaf etdirilməsi üçün ən yaxşı şərtləri də Çin təklif edir. Təsadüfi deyil ki, hazırda Afrikada bir çox infrastruktur layihələrini Çin şirkətləri həyata keçirir. Qərbin Afrikadan ayrılmasını Çin fürsət bilir və qitədə dəmir yolu, məktəblər, universitetlər, stadionlar tikməklə öz nüfuzunu və təsir rıçaqlarını artırır.

Afrika eyni zamanda zəngin qaynaqlara sahib olduğu üçün Çini özünə cəlb edir. Dünya qızıl rezervlərinin yarısına, platinin 90%-nə, uraniumun 35%-nə sahib olan Afrika Çinin uzun zamandır diqqətini çəkirdi. Çin mədənçilik və neft sənayesinə, həmçinin Afrikaya investisiya yatırır. Çin bilir ki, inkişaf etməkdən ötrü, təbii resurslara ehtiyacı var.

Çin hökuməti son 20 ildə Afrika ölkələrinə 148 milyard dollar borc verib. 2014-cü ildə Çinin lideri Şin Pin “Yeni İpəkyolu” layihəsində Afrikanın vacib qitə olduğunu qeyd etmişdi. Çin Afrikada infrastruktur layihələri üçün böyük həcmdə borc verir. İş ondadır ki, Afrika ölkələri bu borcları ödəyə bilmədiyi üçün öz mədənlərini, strateji limanlarını və aeroportlarını Çinə vermək məcburiyyətində qalır. Cibutinin xarici borcunun 70%-i Çinədir. Ona görə də Cibuti strateji əhəmiyyətli Babül Mendeb boğazını Çinə vermək məcburiyyətində qaldı.

CAR-ın isə Çinə hazırda 26 milyard dollar borcu var. Çindən 5,2 milyard dollar borc alan Keniya pulu ödəmədiyi üçün böyük ehtimalla Mombasa limanını Çinə verəcək. Konqo Demokratik Respublikası, Nigeriya və Zambiyanın da Çinə böyük həcmdə borcu var. Çin infrastruktur layihələri qurmaq üçün bu ölkələrə borc verir. Sonra geriyə ödəniş olmadığı üçün Afrika ölkələrinin limanlarını öz nəzarətinə keçirir. Hazırda Çin və Afrika ölkələri arasında illik 200 milyard dollarlıq ticarət həcmi var. Afrikada hazırda 20 min Çin şirkəti var və ölkənin Afrikaya investisiyaları 300 milyard dolları ötüb. Çin Nigeriyada 12 milyard dollarlıq dəmiryolu, 4,5 milyardlıq Əddis-Əbəbə-Cibuti dəmiryolu, Tanzaniyanın Baqamoyo şəhərindəki 11 milyardlıq meqaport kimi infrastruktur layihələrinə investisiya yatırır.

Çin bu siyasəti ilə Afrikada ABŞ, Fransa və Rusiya kimi rəqiblərindən daha irəlidədir.

Hal hazırda Mali, Cənubi Sudan və Liberiyada Çinin hərbi gücü də mövcuddur. Ədən körfəzi və Qırmızı dənizin birləşdiyi yerdə yerləşən Cibuti həmişə böyük dövlətlərin radarında olub. Çin 2017-ci ildə Cibutidə hərbi baza açıb. Cibutinin Yaxın Şərqə yaxın olması onun geostrateji əhəmiyyətini də artırır.

Zənnimcə, yaxın gələcəkdə Afrikada Çin və ABŞ arasında soyuq müharibə baş verəcək. Bu baxımdan, Çin həm də Afrikaya silah-sursat da ixrac edir.

***

Bu gün ABŞ və Fransaya nəzərən, Çin Afrikaya daha çox silah satmaqdadır.

Gördüyünüz kimi, Çin Afrika ölkələrinə milyardlarla, qaytarılması çətin, hətta, mümkün olmayan borclar verərək, bu ölkələrdə nüfuzunu gücləndirir. Qərb isə borc verərkən, onun xərclənməsinə də nəzarət edir, demokratik islahatlar, insan hüquqları kimi kriteriyalara üstünlük verir. Bunlar isə Afrikanın avtoritar rejimlərinə qətiyyən sərf eləmir. Və əlbəttə ki, Çin bu fürsətdən sona qədər istifadə edir.

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Guninfo.az

Bənzər yazılar

Əli Kərimlinin qadın müavini ilə şok SƏS YAZISI YAYILDI – Partiya sədrindən NÖVBƏTİ RƏZALƏT(VİDEO)

admin

Əliyevlə Paşinyanın emissarları arasında gizli danışıqlar üzə çıxdı – SON DƏQİQƏ

admin

Samira “Avroviziya -2021” mahnı müsabiqəsinin finalına çıxdı – FOTO – VİDEO

admin

Əlillərin pensiyasını kəsən ŞƏBƏKƏ – Bu işlə kimlər məşğuldur?

admin

“Metro açılmayacaq, toylara da icazə verilməyəcək” – AÇIQLAMA

admin

Sabirabadda içməli su ÇİRKAB içindədir – VİDEO

admin