10 C
BAKI
26 Oktyabr 2021
Guninfo.az
Image default
SEÇMƏ

Deputat Musa Qasımlı:”Nazirlik və Xidmət bir neçə cəbhədə döyüşürdü”

General-polkovnik Əli Nağıyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və general-polkovnik Vilayət Eyvazovun daxili işlər naziri təyin edilməsindən 2 il ötür. 

Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı generalların fəaliyyəti barədə Bolgexeber.com-a danışıb:
“Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun və DTX rəisi general-polkovnik Əli Nağıyevin fəaliyyətinə qiyməti cənab Prezidentimiz İlham Əliyev verib. 44 günlük müharibədə qazanılan qələbədən sonra onların hər ikisinin yüksək dövlət mükafatları ilə təltif edilməsi hər şeyi deyir.
Bundan yüksək qiymət nə ola bilər? Dövlətimizin onurğa sütununu təşkil edən bu qurumların rəhbərləri və əməkdaşları müharibə zamanı ordumuzla bərabər bütöv bir sistem olaraq gecə-gündüz uğurla çalışdılar və millətimizlə daha da qaynayıb-qarışdılar”.

Nəzərdən qaçırmayaq ki, bu fəaliyyət həm də koronovirus pandemiyası günlərində görülürdü. Nazirlik və Xidmət bir neçə cəbhədə döyüşürdü. Həm Vilayət müəllim, həm də Əli müəllim bu qurumların içində yetişiblər, peşəkarlardır. Qurumların fəaliyyətinin təşkilində onların fərdi biliyi, yüksək təşkilatçılıq bacarığı və qətiyyəti müstəsna rol oynayır. İctimai rəy də yaxşıdır. Hər iki qurumun rəhbərinə uğurlar arzulayıram”.

Bənzər yazılar

Müharibə bitti, qələbə davam edir mövzusunda Ukrayna Azərbayacanlıları Radasında fotosərgi(FOTO)

Fikrət Fərhadoğlu

Hərbi hissə komandiri Şamilovun başı maxe qızlarla əyləncəyə, zampalit Orxanın isə…- Şəhid qardaşından ŞOK AÇIQLAM

admin

Cəlilabadın Babalı kənd məktəb stadionu satışa çıxarıldı – FOTOLAR

admin

Dərslər nə vaxt başlayacaq? – Təhsil Nazirliyindən açıqlama

admin

SON DƏQİQƏ!SMS icazə ilə bağlı hamıya VACİB XƏBƏR

admin

“BU ZƏFƏR HƏR KƏSİN ORTAQ ZƏFƏRİNƏ ÇEVRİLƏ BİLƏR”

admin