18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
BANNER SEÇMƏ

DSMF təcili məlumat yaydı, vətəndaşlar bankomatlara axışdı, AMMA…- SON DƏQİQƏ

Dövlət Sosial Müdafiə Fondu (DSMF) sentyabr ayı üzrə ünvanlı dövlət sosial yardımının ödənilməsinin başa çatdırılması ilə bağlı məlumat yayıb.
GUNinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sözügedən məlumat DSMF-nin rəsmi “Facebook” səhifəsində də yayımlanıb. Bildirilib ki, bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.
Amma paylaşımın altında müavinət, təqaüd və kompensasiya alan bəzi vətəndaşlar DSMF-nin yaydığı məlumatı təkzib ediblər.
İsmayıl Yusubov adlı şəxs Suraxanı rayonunda vəsaitin köçmədiyini bildirib. DSMF isə ona belə cavab verib:
“Sorğunuza cavab olaraq bildiririk ki, aparılan islahatlarla əlaqədar olaraq 01.09.2021-ci il tarixdən etibarən kartınız dəyişdirilərək Azərbaycan Beynəlxalq Bankına keçirilmişdir. Azərbaycan Beynəlxalq Bankının qeydiyyatda olduğunuz ərazi üzrə filialına yaxınlaşaraq kartınızı götürməyinizi xahiş edirik. Eyni zamanda bildiririk ki, əgər Sizin Azərbaycan Beynəlxalq Bankına məxsus aktiv pensiya kartınız varsa, sosial ödənişiniz Azərbaycan Beynəlxalq Bankına məxsus pensiya kartınıza köçürüləcəkdir. Nəzərə almağınızı xahiş edirik”.
DSMF-nin rəsmi açıqlamasına baxmayaraq, Azərbaycan Beynəlxalq Bankının kartlarını alan bəzi vətəndaşlara da müavinət, təqaüd və kompensasiya haqqının köçmədiyi məlum olub.
Bəzi vətəndaşlar DSMF-nin yaydığı məlumatdan sonra bankomatlara axışsa da, müavinət, təqaüd və kompensasiyalarının köçmədiyi məlum olub.

Bənzər yazılar

Güney Azərbaycanda tarixi abidələrə ögey münasibət: Qəzvindəki “Səfəvi Dövlətxanası” DAĞILIR

admin

SON DƏQİQƏ: Türkiyə – Yunanıstan arasındakı VƏZİYYƏT GƏRGİNLƏŞDİ

admin

Təhsildə Türkiyə-Azərbaycan əməkdaşlığı

admin

SON DƏQİQƏ! Ermənistanın İkinci Qarabağ Savaşında itkiləri – 16364 yaralı, 1010 itgin, ölü sayı isə…ŞOK

admin

Kritik Qarabağ GÖRÜŞÜ – HƏR şey yaxın saatlarda BƏLLİ OLACAQ/VİDEO

admin

“İldə dövlətə 700 min vergi ödəyirəm, DGK isə məni müəssisəmi bağlamaq həddinə çatdırıb” – VİDEO

admin